Icma.az
close
up
RU
Şamaxı hesabı açdı

Şamaxı hesabı açdı

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəli, yığmamızın Ayxan Abbasovun rəhbərliyi altında Fransa və Ukraynaya qarşı keçirdiyi matçlar hələ bir neçə gün müzakirə mövzusu olacaq. Lakin bu, Misli premyer-liqasını diqqətdən kənarda saxlamağa əsas vermir. Azı ona görə ki, bu gün elita klublarının yarışında fasilə başa çatacaq və mövsüm qaldığı yerdə davam edəcək.

Həmin gün 8-ci turun ilk iki matçı keçiriləcək. Şamaxı şəhər stadionunda və “Azərsun Arena”da keçiriləcək qarşılaşmalar “CBC Sport”un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
1-ci dövrə, 8-ci tur
17 oktyabr
Şamaxı – Kəpəz 1:0

Sezar Enrike, 11
“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 19:+13=4-2, 42:13.
1999/00 – 3:1; 2000/01 – 3:0; 2001/02 – 2:0; 2003/04 – 8:0; 2004/05 – 2:0; 2005/06 – 5:0; 2010/11 – 1:0; 2011/12 – 0:0; 2012/13 – 3:1; 2015/16 – 1:0, 1:0; 2016/17 – 2:2, 4:1; 2017/18 – 3:2, 0:2; 2022/23 – 1:1, 1:1; 2024/25 – 0:1, 2:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-30-20.
Şamaxı, şəhər stadionu. Saat 14.30.
“Qəbələ”nin meydanında qazanılan qələbə sayəsində millinin oyunlarına qənaətbəxş psixoloji durumda yollanan “Şamaxı”da hər şey qaydasındadı. Düzdü, həm də yığmamızın baş məşqçisi olan Ayxan Abbasov nə istirahət edə bildi, nə də komandayla birgə oldu. Ancaq onun köməkçilərinin futbolçuları “Kəpəz”lə matça hazır vəziyyə gətirəcəyinə inanmaq olar. Hər halda, “şirlər” aşağı pillələrdə qərarlaşan rəqiblərinə qarşı daha amansız mübarizə aparmasıyla seçilir. Odu ki, “Kəpəz”in ciddi sınaq qarşısında olduğuna şübhə yoxdu. Əlbəttə, belədə vacib məqamı qeyd etmək yerinə düşər: söhbət Azər Bağırovun rəhbərlik etməyə başladığı “sarı-göylər”dən gedir. Mütəxəssisin qarşısına qoyulan hədəf bəllidi. Deməli, Gəncə təmsilçisi Şamaxıya azı bir xal uğrunda mübarizə aparmağa gedəcək. Çalışdırıcının fiziki və psixoloji durumu yaxşı səviyyədə olmayan “Kəpəz”i nə dərəcədə “diriltiyi” sual altındadı. Kollektivin fasilədən yararlana bilib-bilmədiyinə isə cümə günü aydınlıq gələcək.
Bu komandalar indiyə qədər 38 dəfə üz-üzə gəlib. Bunların 19-da “şirlər”, 9-da “sarı-göylər” qələbə qazanıb. 10-da qalib müəyyənləşməyib. Topların nisbətində “Şamaxı” öndədi – 62:38.
Turan Tovuz – Qarabağ
“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 6:+0=2-4, 6:14.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Bakı, “Azərsun Arena”. Saat 19.00.
Göründüyü kimi, turun ikinci matçında çempionluğa iddialı komandalar qarşılaşacaq. “Turan Tovuz”un son iki matçda böyükhesablı qələbələr qazandığını, bunun hesabına lider olduğunu bilirsiz. İndi komanda ən çətin vəzifələrdən birinin öhdəsindən gəlməyə - “Qarabağ”ı məğlub etməyə çalışmalıdı. Komanda bununla liderliyini möhkəmlədəcək ki, növbəti oyunlarda daha istəkli görünmək üçün zəmin yaranacaq. Həm də Çempionlar Liqasında mübarizə aparan Ağdam təmsilçisi də qələbə qazanmaq niyyətindədi. Hər halda, “köhlən atlar” potensial liderdi və bu fürsəti əldən vermək istəməyəcək. İş ondadı ki, “bozqurd” hələ ev oyununda “Qarabağ”ı məğlub edə bilməyib. Sadəcə, bu matç məhz rəqibin meydanında keçirildiyindən statistika baxımından tovuzluların müəyyən qədər şanslı olduğunu düşünmək olar. Bu görüşlə bağlı azarkeşlər dəstəyini də qabartmalıyıq. Ona görə ki, tovuzlu futbolsevərlərin komandaya olan sevgisindən hamı xəbərdardı. “Qarabağ”ın azarkeşləri isə sevimlilərini liderin önündə tək qoymayacaq.
Ümumiyyətlə, bu komandalar indiyə qədər 12 dəfə qarşılaşıb. Bunların 2-də “Turan Tovuz”, 8-də “Qarabağ” qələbə qazanıb, 2-də hərəyə bir xal düşüb. Topların nisbətində “köhlən atlar” öndədi – 28:13.
KƏNAN BAHADIR

Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// “Kəpəz” son üç oyunun hərəsində bir qol vurub. Gəncə klubu son 8 səfərdə rəqib meydanından qolsuz dönmür.
// “Qarabağ” səfərdə uduzmayıb. Son dörd matçda qonaq olan komanda xal qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see679

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see371

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see227

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see209

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see182

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see181

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see178

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see177

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see175

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see171

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see171

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see170

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see169

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see165

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see165

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see160

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see159

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see157

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri