“Şamaxı”da böyük dəyişiklik: Abbasov gedir, əcnəbi baş məşqçi gəlir!
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Şamaxı" klubu növbəti mövsüm üçün strateji planlarını artıq formalaşdırmağa başlayıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, ən önəmli dəyişikliklərdən biri baş məşqçi postudur.
Bölgə təmsilçisi cari mövsümün sonunda Azərbaycan millisinin sükanı arxasında olan Ayxan Abbasov ilə vidalaşmalı olacaq.
Abbasov 2024-cü ildən "Şamaxı"da çalışır və o, yalnız yığmada işləmək qərarına gəlib.
"Şamaxı" rəhbərliyi isə bu vəzifəyə əcnəbi mütəxəssis gətirməyi planlaşdırır. Hazırda adları açıqlanmayan üç namizəd mövcuddur və onların hər biri Şərqi Avropanı təmsil edir.
Hətta onlarla ilkin danışıqlar artıq aparılıb, maraqlıdır ki, kluba gətiriləcək mütəxəssislərin hər biri fərqli taktiki yanaşma və oyun fəlsəfəsi ilə komandanı daha rəqabətədavamlı etmək niyyətindədir.
Baş məşqçi dəyişikliyi ilə yanaşı, oyunçuların seçimi və komandanın strategiyasının da yenilənəcəyi gözlənilir.
Qeyd edək ki, "Şamaxı" hazırda Misli Premyer Liqasında 30 xalla 8-cidir. Komanda bu gün 26-cı turda "Zirə"nin qonağı olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 07 Aprel 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















