Icma.az
close
up
RU
“Şamaxı”nın KƏŞFİ: Afrikada yeni məkan İdman və Biz

“Şamaxı”nın KƏŞFİ: Afrikada yeni məkan İdman və Biz

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qış fasiləsində növbəti transferini reallaşdıran “Şamaxı” yarımmüdafiəçi Alfons Msanga Mabulanı heyətinə qatıb.

İdman.biz xəbər verir ki, 21 yaşlı futbolçu Azərbaycana gələr-gəlməz ilkə imza atıb.

Serbiyanın “Spartak” və “Novi Sad” klublarında da oynamış Alfons Premyer Liqanın tarixinə ilk tanzaniyalı kimi düşəcək. Bu Afrika ölkəsi indiyədək çempionatımızın yüksək dəstəsində təmsil olunmayıb.

Ümumiyyətlə, azarkeşlərimiz futbol aləmində ekzotik ölkə sayılan Tanzaniyanı yalnız 2024-cü ilin martında yaxından tanıyıblar. Bu ölkənin millisi Bakıda keçirilən FİFA seriyasında Monqolustan və Bolqarıstanla yoldaşlıq görüşləri keçiriblər. Bundan 10 ay sonra isə Tanzaniyadan oyunçu gətirilib.

“Şamaxı” Premyer Liqa üçün Afrikada yeni məkan kəşf edib. Hərçənd bu qitənin əksər ölkələrinin nümayəndələri çempionatımızda, hətta millimizdə forma geyiniblər.

Nigeriyalı Usim Nduka yığmamıza da cəlb olunub. Məhz elə onun kimilərə görə futboldakı legionerlər barədə dəqiq və əminliklə danışmaq olmur. Axı 2-3, bəzən hətta 4 ölkənin pasportunu daşıyan futbolçular da var. Premyer Liqada oynamış afrikalılar və afrikaəsilliləri hansı ölkənin hesabına yazmağı dəqiq müəyyənləşdirmək mümkünsüzdür. Fransa, Belçika və digər ölkələrin vətəndaşlıqlarını daşıyan afrikalılar buna imkan vermir.

Amma istənilən halda, Tanzaniyanın Azərbaycana futbolçu verən 36-cı Afrika ölkəsi olduğunu söyləmək mümkündür. Bu siyahıda mütləq lider Nigeriyadır. Ndukanın 50-dən çox həmyerlisi çempionatımızda top qovub.

Kamerun, Seneqal, Qana, Syerra-Leone, Qvineya, Fil Dişi Sahilinin Premyer Liqadakı təmsilçi sayı iki rəqəmlə ifadə olunur. Azərbaycanda bombardir olan yeganə afrikalı Yakuba Bamba da Fil Dişi Sahilindəndir.

Bir sıra Afrika ölkələrinin çempionatımızdakı təmsilçi sayı 2-9 aralığında olub. Doqquz futbolçu isə öz ölkəsinin yeganə nümayəndəsidir. Yalnız bir oyunçusu Premyer Liqada olanlar Çad, Benin, Botsvana, Burundi, MAR, Madaqaskar, Malavi, Mavritaniya, Mozambikdir. Tanzaniya da məhz sonunculara qoşulacaq.

Qeyd edək ki, “Şamaxı” Alfonsla 6 ay + 1 illik müqavilə imzalayıb.

Vüqar Xeyrullayev
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Yanvar 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri