Icma.az
close
up
RU
Şamil Ayrım: Qaro Paylanın anti Azərbaycan bəyanatları Türkiyənin siyasətinə ziddir

Şamil Ayrım: Qaro Paylanın anti Azərbaycan bəyanatları Türkiyənin siyasətinə ziddir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 2 fevral, AZƏRTAC

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycana qarşı bəyanatlarla çıxış edən 27-ci çağırış Türkiyə parlamentinin deputatı, etnik erməni Qaro Paylanı sərt tənqid edib.

AZƏRTAC xəbər verir ki, türkiyəli millət vəkili sosial şəbəkədəki səhifəsində Paylanın mövqeyini pisləyən yazı dərc edib.

“Qaro Paylanın “Azərbaycana qarşı durmaq üçün Ermənistana 3-5 il vaxt lazımdır” kimi son dərəcə əsassız sözlərinin regionun reallıqları ilə heç bir əlaqəsi yoxdur”, - deyən Ş.Ayrım Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirləri xatırladıb.

“Prezident İlham Əliyev Azərbaycan xalqının Zəngəzuru unutmadığını və unutmayacağını bildirib, həmçinin 1920-ci ilin noyabrında sovet hökumətinin Qərbi Zəngəzuru azərbaycanlılardan aldığını və bununla da Azərbaycan xalqına qarşı cinayət törətdiyini xatırladıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur”, - deyə türkiyəli deputat qeyd edib.

Şamil Ayrım ermənilər tərəfindən Qərbi Azərbaycan ərazisindən qovulmuş yüz minlərlə sakinin beynəlxalq hüquq normalarına uyğun olaraq öz doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıtmaq üçün tam hüquqa malik olduğunu vurğulayıb.

Türkiyəli deputat yazıb: “Regionda uzunmüddətli sülh üçün İrəvan İkinci Qarabağ müharibəsindən sonra imzalanmış üçtərəfli Bəyanatın bütün bəndlərini, o cümlədən Zəngəzur dəhlizinin açılması öhdəliyini yerinə yetirməlidir”.

O qeyd edib ki, Qaro Paylanın anti-Azərbaycan bəyanatları Türkiyənin Qafqaz regionunda sülhün təmin edilməsinə yönəlmiş siyasətinə ziddir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri