Icma.az
close
up
RU
Sane İstanbula gəldi və ilk açıqlamalarını verdi

Sane İstanbula gəldi və ilk açıqlamalarını verdi

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Leroy Sanenin ''Qalatasaray''la anlaşdığını xəbər vermişdik.

Bu transfer rəsmən təsdiqini tapıb. İstanbul nəhəngi danışıqlara başlandığını öz saytında rəsmən açıqlayıb. Almaniyalı ulduz dünən gecə, yerli vaxtla saat 02.30-da İstanbula gəlib.
Qeyd edək ki, ''Qalatasaray''ın ''yutub'' səhifəsində Saneni gətirən özəl təyyarənin uçuşunu canlı şəkildə təqib etmək mümkün oldu. Həmin yayını izləyənlərin sayı 2,4 milyona çatmışdı. Sanenin İstanbula ayaq basdığı ilk anlarda isə izləyici sayı 3,1 milyonu ötmüşdü! İtaliyalı menecer Corc Qardi ilə birlikdə İstanbula gələn 29 yaşlı vinger böyük izdihamla qarşılanmasa da, hava limanına kifayət qədər azarkeş gəlmişdi.
''Əl-Hilal'' və ''Fənərbaxça''dan da rəsmi təkliflər alan tanınmış futbolçu Çempionlar Liqası amilinə görə ''Qalatasaray''a üstünlük verib. Ona yeni klubunda Dris Mertensin ayrılmasından sonra boş qalan ''10'' nömrəli formanın veriləcəyi gözlənilir. Sane hava limanında ilk açıqlamalarını verərək bunları deyib:

''Bura gəldiyim üçün çox sevincliyəm. Fanatların səsini eşidirəm. Bu da məni əlavə sevindirir. Burdakı stadionda daha öncə oynamışam. Orda inanılmaz bir atmosfer və ab-hava olur. Bizi fitə basırdılar. Amma bundan sonra artıq mənim arxamda olacaqlar. Onlar üçün oynamaq indidən məni çox həyəcanlandırır. Hava limanına məni qarşılamağa gələn hər kəsə minnətdaram. Bu gecə vaxtı onların bura gəlməsi mənim üçün çox böyük məna kəsb edir. Dediyim kimi fanatların coşqusu, stadionda yaratdıqları atmosfer qərarımda mühüm rol oynadı. Klubun böyüklüyü, mənə çox ciddi maraq göstərmələri kimi amilləri də qeyd edə bilərəm. Fanatların önündə keçirəcəyim ilk oyunu indidən səbirsizliklə gözləyirəm. Dursun Özbək, Okan Buruk və Abdulla Kavukçu başda olmaqla bura gəlişimdə rolu olan hər kəsə təşəkkür edirəm''.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 İyun 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri