Sanki “Madaqaskar”dan çıxıb... Video
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Braziliyanın Foz-du-İquasu şəhərində yaşayış məhəllələrində sərbəst dolaşan yaquar sakinləri ciddi təşvişə salıb.
“Qafqazinfo” xəbər verir ki, yırtıcı canlı xüsusi əməliyyat nəticəsində təhlükəsiz şəkildə tutulub.
Hadisə şəhərin “Três Laqoas” məhəlləsində baş verib. Təhlükəsizlik kameraları 4-5 yaşlarında olduğu ehtimal edilən vəhşi pişiyin küçələrdə, səkilərdə və parklarda gəzdiyini qeydə alıb.
Mütəxəssislər heyvanı izləyərək onun yaxınlıqdakı meşəliyə qayıtdığını müəyyən ediblər. Lakin o, yenidən şəhərin başqa bir məhəlləsində peyda olub.
Bundan sonra baytarlar və xüsusi xidmət əməkdaşlarının iştirakı ilə keçirilən əməliyyatla heyvan sakitləşdirici iynə ilə yuxuya verilərək saxlanılıb.
Təxminən 75 kiloqram çəkisi olan erkək yaquar müayinədən keçirilib.
Heyvana Tupi dilində “yolunu azmış” mənasını verən “Tapeỹ” adı verilib.
Sağlamlığı tam bərpa olunduqdan sonra onun boynuna izləmə cihazı taxılacaq və insan məskənlərindən uzaq təbii yaşayış mühitinə buraxılacaq.
Mütəxəssislərin sözlərinə görə, bunun əsas səbəbləri meşələrin qırılması və heyvanların təbii yaşayış arealının daralması hesab edilir.
Şəhər küçələrində sərbəst dolaşan yaquar bir çoxlarına “Madaqaskar” cizgi filmindəki vəhşi heyvanların macərasını xatırladıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 30 İyun 2026 02:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















