“Sanki yoxsan” filmi ötən il uğurlu festival həyatı yaşayıb AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 7 yanvar, AZƏRTAC
Rejissor Azər Quliyevin “Sanki yoxsan” qısametrajlı bədii filmi ötən il uğurlu festival həyatı yaşayıb.
AZƏRTAC xəbər verir ki, bu ekran əsəri beynəlxalq festivalların müsabiqə proqramında nümayiş olunub.
Belə ki, ekran işi may ayında 77-ci Kann Beynəlxalq Film Festivalının (Fransa) qısametrajlı filmlər müsabiqəsində nümayiş olunub, qonaqlar və kino tənqidçiləri tərəfindən maraqla qarşılanıb. Film daha sonra avqust ayında 30-cu Sarayevo Film Festivalının (Bosniya və Herseqovina) əsas proqramında nümayiş etdirilib.
Filmin rejissoru və ssenari müəllifi (Nicat Muxtarovla birgə) Azər Quliyevdir. Rollarda Milana Həsənova, Oktay Mehdiyev və Elşən Məmmədov çəkiliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 07 Yanvar 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















