Santuş Cənnətovu niyə milliyə dəvət etməməsindən və Estoniya ilə oyundan danışdı İdmanXəbər
Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətovu yığmaya niyə dəvət etməməsi ilə bağlı açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis “şəhərlilər”in qolkiperinin son turlardakı çıxışını məqbul saymadığını və bu baxımdan da milliyə dəvət etmədiyini bildirib:
“Bu, texniki qərardır. Mehdi ilə şəxsi heç bir problem yoxdur. Son oyunlarda çıxışı ürəkaçan deyildi, bəyənmədim. Ona görə başqa qapıçılara şans verdim”.
Təcrübəli çalışdırıcı həmçinin qarşıdakı Estoniya ilə oyuna da toxunub:
“Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Amma bir şeyi vurğulamaq lazımdır ki, yeni layihənin başlanğıcındayıq. İş gedir. Hamılıqla bərabər bunun üzərində çalışırıq. Heç nə bizi tutduğumuz yoldan çəkə bilməz”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 08 Noyabr 2024 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















