Şanxayda üçüncü səviyyəli həyəcan siqnalı: 300 minə yaxın sakin təxliyə olundu
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Şanxay hökuməti "Co-May" tayfunu səbəbindən yaranan güclü yağışlar nəticəsində 280 mindən çox insanı müvəqqəti olaraq təhlükəsiz ərazilərə köçürüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası xəbər verib.
Şəhərdə daşqın və təbii fəlakətlərə qarşı dörd səviyyəli fövqəladə reaksiya sisteminin üçüncü səviyyəsi (birinci səviyyə ən yüksəkdir) aktivləşdirilib.
Şanxay Meteoroloji Stansiyasının məlumatına görə, 24 saat ərzində şəhərə 80 mm-dən artıq yağıntı düşəcəyi gözlənilir. Bu isə xüsusilə daşqına meyilli ərazilərdə subasma təhlükəsini artırır.
Qeyd edək ki, "Co-May" tayfunu iyulun 29-dan 30-na keçən gecə Şanxay da daxil olmaqla, Çinin şərqində yerləşən Yantzı çayı deltası bölgəsinə güclü külək və leysan yağışları gətirib. Meteoroloqlar tayfunun şəhər aqlomerasiyası boyunca şimal-qərb istiqamətində hərəkət etdiyini və küləyin sürətinin saniyədə 28 metrə çata biləcəyini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 30 İyul 2025 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















