Sarkisyan Paşinyana impiçment hazırlayır, Köçəryanı baş nazir postuna irəli sürür SENSASİYA KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Paşinyana qarşı impiçment təşəbbüsünün uğurlu alınacağı təqdirdə öz sələfi Robert Köçəryanın baş nazirliyə namizədliyinə qarşı çıxmayacağını bildirib.
KONKRET.az xəbər verir ki, o, bu fikirləri jurnalistlərə impiçment təşəbbüsünün məqsədlərini şərh edərkən deyib.
Qeyd edək ki, Köçəryanın rəhbərlik etdiyi “Hayastan” bloku impiçment prosesinə qarşı çıxır. Blok üzvləri və Köçəryanın özü bu təşəbbüsün uğursuz olacağını düşünür və 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərini gözləməyi daha məqsədəuyğun sayırlar.
“Biz Köçəryan komandasında olan hər hansı bir şəxsə dəstək göstərməyə hazırıq. Sizcə, Robert Köçəryan Ermənistanın hazırkı rəhbərindən pis olacaq? Mən belə düşünmürəm”, – deyə Sarkisyan qeyd edib.
O, hesab edir ki, impiçment cəhdi bu gün həyata keçirilməlidir, əks halda hazırkı hakimiyyət daha bir il ölkəni idarə edəcək. Sarkisyanın fikrincə, təhlükəli addımlardan biri də Rusiyaya məxsus hərbi baza və sərhədçilərin ölkədən çıxarılması ola bilər.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 21 May 2025 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















