Sarkozi əlavə altı ay həbsdə qalmalı olacaq
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransanın keçmiş prezidenti Nikola Sarkozi yenidən həbsxanaya göndəriləcək.
"Ölkə.az" BFM-ə istinadla xəbər verir ki , Avropa məhkəməsi keçmiş dövlət başçısının müxtəlif cinayət işləri üzrə iki cəzanın birləşdirilməsi tələbini rədd edib.
Bu iş iki yüksək səviyyəli məhkəmə prosesi ilə bağlıdır: "telefon danışıqlarının dinlənilməsi" və qanunsuz təsir işi, eləcə də 2012-ci il prezidentlik kampaniyası zamanı saxta fakturalarla bağlı Bygmalion işi. Sarkozinin vəkilləri iki işin birləşdirilməsini və birində çəkilmiş müddətin digərinə hesablanmasını tələb ediblər.
Lakin məhkəmə cəzaların birləşdirilməsi şərtlərinin yerinə yetirilmədiyini müəyyən edib. Buna görə də, Sarkozi əlavə altı ay həbsdə qalmalı olacaq.
Elvin
Ölkə.az
Baxış sayı:161
Bu xəbər 10 Mart 2026 00:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















