Icma.az
close
up
RU
Şarl Mişel: Arbitraj yalnız hüquqi mexanizm deyil, həm də etimadın, sülhün və hüququn üstünlüyünün simvoludur

Şarl Mişel: Arbitraj yalnız hüquqi mexanizm deyil, həm də etimadın, sülhün və hüququn üstünlüyünün simvoludur

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 24 oktyabr, AZƏRTAC

Arbitraj və mübahisələrin həlli üsulları insan sivilizasiyasının ən müdrik və dəyərlı ixtiralarından biridir. Bu, fikir ayrılıqlarını zor gücü ilə deyil, iradə və qarşılıqlı razılıq əsasında həll etmək prinsipi üzərində qurulub. Bu anlayış maraqlar toqquşduğu hallarda belə, qanunun və dialoqun gücünə inamın parlaq təzahürüdür.

AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqı Şurasınım keçmiş prezidenti Şarl Mişel Bakı Arbitraj Mərkəzinin açılışına həsr olunmuş beynəlxalq tədbirdə çıxış edərkən deyib.

Arbitrajın tarixinə toxunan Ş. Mişel daha sonra bunları deyib: "Arbitraj könüllülük və qarşılıqlı etimada əsaslanır. O, istər dövlətlər, istər şirkətlər, istərsə də icmalar üçün öz hakimlərini seçmək, qaydalarını müəyyənləşdirmək və çıxarılan qərarı qəbul etməyə əvvəlcədən razılaşmaq imkanı yaradır. Başqa sözlə, arbitraj çeviklik, neytrallıq və peşəkarlıq üzərində qurulmuş bir sistemdir. Arbitr sülhün memarıdır. O, qanun və empatiya arasında körpü yaradan, gərginliyi azaldan, münaqişəni ağıl və ədalət müstəvisinə gətirən şəxsdir. Arbitraj bizə göstərir ki, ən mürəkkəb və həssas problemlər belə, hörmət, rasional düşüncə və ədalət prinsipləri əsasında həll oluna bilər. Bugünün gərgin və parçalanmış dünyasında bu dəyərləri təcəssüm etdirən belə bir institutun mövcudluğu qeyd olunmağa, təşviq edilməyə və qorunmağa layiqdir. Lakin yalnız bir binanın və ya strukturun yaradılması kifayət deyil, biz onun ruhunu da formalaşdırmalıyıq. Çünki müasir dünya çoxtərəfliliyin dərin böhranını yaşayır, böyük güclər arasında rəqabət və müharibələr, iqtisadi və siyasi gərginliklər beynəlxalq sistemin dayaqlarını zəiflədir.Bu proses nəticəsində vətəndaşların, dövlətlərin və biznes tərəfdaşlarının beynəlxalq institutlara olan inamı azalır. Diplomatiya getdikcə qarşıdurma alətinə çevrilir, ticarət münasibətləri gərginliklə yüklənir, investorlar isə gələcəyə inamlarını itirirlər. Arbitraj tərəflərə istər dövlətlər, istər şirkətlər, istərsə də beynəlxalq investorlar olsun, sakit, etibarlı və ədalətli bir mühitdə fikir ayrılıqlarını həll etmək imkanı verir.Vasitəçilik və barışdırmadan fərqli olaraq, arbitraj məhkəmə qüvvəsinə malik bağlayıcı qərar çıxarır. Bu, hüquqi aydınlıq və sabitlik yaradır. Daimi məhkəmələrdən fərqli olaraq arbitraj prosesi çevikdir. Tərəflər öz arbitrlərini seçə, qaydalarını müəyyənləşdirə və nəticənin obyektivliyinə inanaraq bu prosesi şəffaf şəkildə idarə edə bilirlər. Bu baxımdan arbitraj yalnız hüquqi mexanizm deyil, həm də etimadın, sülhün və hüququn üstünlüyünün simvoludur",- deyə o vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri