Sarri: Napoli yə qayıdış? Bu, tamamilə uydurmadır
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Latsio"nun baş məşqçisi Mauritsio Sarri A Seriyasının son turunda "Udineze" ilə heç-heçə (3:3) başa çatan qarşılaşmadan sonra maraqlı açıqlamalarla yadda qalıb.
Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının oyununu analiz edərək, startdakı uğursuzluğun səbəbini yorğunluqda görüb:
"Matça bir qədər zehni yorğunluqla başladıq və işi özümüz üçün çətinləşdirdik. Amma ikinci hissədə çox yaxşı oynadıq. Əlimizdə daha çox seçim imkanı olsaydı, vəziyyət daha yaxşı olardı. Sevindirici haldır ki, bəzi futbolçular artıq zədədən qayıdır".
Baş məşqçi yeni transfer Xristos Mandas barədə də danışıb:
"O, potensialı olan qapıçıdır. Hələ tam formalaşmayıb, amma yaxşı bazası var və inkişaf etməlidir".
Sonda "Napoli"yə mümkün qayıdışı ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Sarri iddiaları təkzib edib:
"Napoli"yə qayıdış? Bu, tamamilə uydurmadır. Bunlar sadəcə fantaziya söhbətləridir".
Baxış sayı:90
Bu xəbər 28 Aprel 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















