Icma.az
close
up
RU
Satıcı üstü yazılı pulu götürmürsə, nə etməliyik? Rəsmi AÇIQLAMA

Satıcı üstü yazılı pulu götürmürsə, nə etməliyik? Rəsmi AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gündəlik həyatımızda alış-veriş zamanı bəzən bizə üstü yazılı pullar da verilir. Ancaq mağazalarda və digər təsərrüfat obyektlərində bəzi hallarda bu pulları götürməkdən imtina edirlər.

Bəs insanlar bu halda nə etməlidir?

Mövzu ilə bağlı Redaktor.az Mərkəzi Banka sorğu ünvanladı. Sorğumuza cavab olaraq bildirildi ki, tədavülə yararsız hala düşmüş, üzərində yazı, ləkə və ya digər işarələr qeyd olunmuş pul nişanları ilə qarşılaşmaq mümkündür:

"Bu kimi hallarda pul nişanlarının tədavülə yararlı olub-olmaması məsələsi qüvvədə olan hüquqi aktlarla tənzimlənir. Belə ki, Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli 23/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları” ilə müəyyən edilmiş yararsızlıq əlamətlərindən - vizual olaraq gözə çarpan yazı, üzərində istənilən ölçüdə kəsik, çatışmayan hissə, ləkə, üzəri yapışqanlı lentlə birləşdirilmiş, eləcə də mühafizə elementlərindən hər hansı biri zədələnmiş və ya aşınmış və s. hər hansı birinə malik olan pul nişanı tədavülə yararsız hesab olunur. Diqqətinizə çatdırırıq ki, sizin təqdim etdiyiniz şəkildə qeyd olunan milli pul nişanı mövcud qaydaların tələblərinə uyğun olaraq (vizual olaraq gözə çarpan yazı olduğuna görə) yararsız pul nişanı kimi qiymətləndirilir. Bu səbəbdən təsərrüfat subyektləri tərəfindən (o cümlədən ticarət obyektlərinin) həmin pul nişanının qəbul edilməməsi qanunvericiliyin tələblərinə uyğundur".

Həmçinin qeyd edildi ki, bu halda vətəndaşlar yuxarıda qeyd olunan Qaydalara uyğun olaraq milli pul nişanlarının dəyişdirilməsi məqsədilə Mərkəzi Bankın ərazi idarələrinə, eləcə də ölkə ərazisində fəaliyyət göstərən banklara, xarici bankların yerli filiallarına, habelə poçt rabitəsinin milli operatoruna müraciət edə bilərlər:

"Müraciət edilən pul nişanı “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”nın müvafiq tələblərinə uyğun olduğu halda nominal dəyəri ödənilir. Əlavə olaraq bildiririk ki, milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı xidmət  02 mart 2026-cı il tarixindən etibarən operator bankların (“Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC) ölkə ərazisində fəaliyyət göstərən filial və şöbələri tərəfindən ödənişsiz əsasda həyata keçiriləcəkdir".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Fevral 2026 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri