Icma.az
close
up
RU
Satıcılar baxdılar, bəyəndilər, razılaşdılar, amma icarəhaqqı... “Eurohome” direktoru

Satıcılar baxdılar, bəyəndilər, razılaşdılar, amma icarəhaqqı... “Eurohome” direktoru

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, “Keşlə bazarı” Dərnəgüldə yerləşən “Eurohome” tikinti materialları bazarına köçürüləcək. Hazırda ərazidə yeni bazarın inşası üçün işlər görülür.

Teleqraf.com-un əməkdaşı bazarın tikildiyi ərazidə olub.

Ərazidə aparılmaqda olan işlərə nəzarət edən “Eurohome” tikinti materialları bazarının direktoru Nizami Əsgərov işin qısa müddətdə başa çatması üçün əllərindən gələni etdiklərini deyir: “Bu ayın sonuna bazarın təmirinin yekunlaşdırılması planlaşdırılır. Bazar tam hazır olandan sonra “Keşlə bazarı”nda nə varsa, bura yerləşdiriləcək. Satıcılar hər gün gəlib işin gedişi ilə maraqlanırlar. Alıcıların bazara rahat gəlməsi üçün şərait yaradılacaq. Bazarın ətrafını gediş-gəliş üçün uyğunlaşdırmağa çalışırıq. Əhatəni təmizləyirik, gördüyünüz kimi, dəmirlər çıxarılır”.

Nizami Əsgərov yeni bazarda icarə qiymətinin necə olacağıyla bağlı hələlik dəqiq məlumatın olmadığını deyir: “Bazarın nüməyəndəliyi ilə danışacağıq, hələ qiymətlər dəqiq deyil. Bölüşdürmə aparılacaq, gələsi adamların siyahısı tərtib olunacaq. Təmizlik işlərindən sonra nə qədər balıqçı, nə qədər ət, meyvə-tərəvəz satıcısı gələcək, buna əsaslanıb yerləşdirmə aparacağıq. Əsasən balıq, ət, meyvə-tərəvəz satışı olacaq. Hələ nəzərdə tutulan işlər tamamlanmayıb. Parklanma yeri də təşkil olunacaq. Müəyyən icarədarlarımızı başqa yerlərlə əvəz edirik ki, parklanma üçün yer və şərait olsun. Bir neçə yerdə “Keşlə bazarı”nın olduğu yeri göstərən lövhələr hazırlanır. Təmirdən sonra bu kimi işləri həll edəcəyik”.

Tikintidə çalışan digər bir şəxs səliqəli bazar tikilməsinə çalışdıqlarını deyir: “Satıcılar gəlib baxdılar, bəyəndilər. Geniş, təmiz bazar olacaq. Bura işlək ərazidir. "Keşlə bazar"ı ilə yaxın məsafədədir. "Keşlə bazarı"nın satıcılarına bir neçə yer təklif olunub. Ən çox buranı bəyəniblər”.

Satıcıların fikirlərini öyrənmək üçün “Keşlə bazarı”na yollandıq. Əksəriyyət “Eurohome”a köçməyə razı olduqlarını bildirsə də, vaxtın bir az da uzadılmasını istədiklərini söylədilər.

Tərəvəz satışıyla məşğul olan Amil Qurbanov yanvarın 25-dən bazarın söküntüsünə başlanılacağını dedi: “Məlumat verilib ki, Dərnəgüldəki “Eurohome”a köçürüləcəyik. Narazılığımız yoxdur, sağ olsunlar, nəzərə aldılar, vaxt verdilər, nisyələrimizi yığdıq. Bu ayın icarə haqqını da almadılar. İndi gözləyirik ki, bazar tam hazır olsun. Hamı getmək istəyir. Hələlik hamı əvvəl olduğu yerdədir”.

Digər satıcı Şövkət Bayramova hesab edir ki, mart ayına qədər vaxt verilsə, yaxşı olar: “Malımız satılıb qurtarmayıb, camaat narahatdır. Bazar alıcı üzünə həsrətdir. Mallar çürüyür, xarab olur. Köçürüləcəyimiz yer hələ hazır deyil. Ora müştəri yığana qədər mallar korlana bilər. Biz də istəyirik şəhərimiz gözəl olsun. Vaxtın Novruz bayramına qədər uzadılması yaxşı olardı".

Uzun illərdir "Keşlə bazarı"nda satıcılıq edən Bəsti Ağayeva da verilən müddətin artırılmasını arzulayır: "Sağ olunsunlar, fevralın 1-nə qədər vaxt verdilər, bir az satış etdik. İndi yeni bazar tikilib hazırlanır. Çox yaxşı tikirlər, səliqəli, böyük bazar olacaq. Sadəcə vaxta görə narazıyıq. Artıq heç kim başqa yer axtarmır. Bilirik ki, yerimiz var. Kim gedəcək, kim qalacaq, bilmirəm, ancaq hamı ora yerləşə bilər, böyük yerdir. Bura ilə bir az məsafəsi var, amma yeri yaxşıdır. Avtobuslar bazarın yanından keçir. Deyilənə görə, hər tərəfi mağazalar olacaq”.

Qeyd edək ki, "Keşlə bazarı" Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə söküləcək. Bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, söküntü işlərinin başlanılması bu ilin fevral ayının 1-nə qədər təxirə salınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 11 Yanvar 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri