Icma.az
close
up
RU
“Savadlı ustalar ayda 5 10 min, ali təhsilli şəxslər isə 500 1000 manat qazanır”

“Savadlı ustalar ayda 5 10 min, ali təhsilli şəxslər isə 500 1000 manat qazanır”

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Bugünkü təhsil sistemi uşaqlara, cəmiyyətə heç nə vermir. Sadəcə ağır dərs proqramı ilə yüklənmiş uşaqlar var. Ali məktəblərə qəbul imtahanlarının nəticələrinə baxanda görürük ki, əksəriyyəti 5 ballıq sistem üzrə 1-2 qiymətlərlə (150-250 bal) daxil olur”.

Bu sözləri Ölkə.Az-a açıqlamasında sosial məsələlər üzrə ekspert Elçin Bayramlı ali təhsil alan gənclərin iş tapmaqda çətinlik çəkməsi barədə danışarkən deyib. O, ağır təhsil proqramının həyatda heç bir üstünlük qazandırmadığını söyləyib:

“Yəni 11 illik ağır proqramın nəticəsi budur. Ali məktəblərdə də eyni vəziyyətdir. Bizim ali məktəblərin çoxu müasir tendensiyalardan geri qalır.
Elmdə, texnologiyada dəyişmələrə, çağırışlara adekvat dəyişiklik yoxdur. Yeni peşələr, texnologiyaların öyrədilməsində ənənəvi üsullardan daha çox istifadə edirlər. Bu gün əmək bazarında da onların bir çoxuna tələbat yoxdur. Bizim ali məktəblərin buraxdığı məzun kütləsinin 99%-nə əslində əmək bazarında ehtiyac yoxdur. Birincisi əmək bazarı tutumu o qədər deyil. İkinci tərəfdən də o peşələrin aktuallığı azalıb”.

E.Bayramlı hesab edir ki, peşə təhsili sistemi sovet dövründə çox yaxşı təşkil olunmuşdu:

“Böyük peşə məktəbləri şəbəkəsi var idi və böyük sənaye sistemi olduğuna görə, həmin məktəbləri qurtaran insanlara lazımi mütəxəssis kimi hər yerdə tələbat var idi, iş tapırdılar. Amma bu gün işsizlik problemi var. Yenə də peşə məktəblərinə yönəlmə bizdə çox zəifdir. Halbuki əmək bazarında peşə təhsili olanlara tələbat çoxdur, ali təhsillilərə isə tələbat azdır.

Bu gün ustaların 99%-nin peşə təhsili yoxdur. Eləcə də bir çox sahələrdə müəyyən ixtisaslı peşələr var ki, təhsil almamış kimii gəldi götürürlər. Bu da effekt vermir”.
Ekspetin fikrincə ölkənin əmək bazarında hansı peşələrə nə qədər tələbat olması araşdırılmalı, qəbul buna uyğun aparılmalıdır:

“Yoxsa plan, pul qazanmaq xatirinə kütləvi şəkildə hamını ali təhsilə cəlb eləmək, yalançı diplomlar verib buraxdıqdan sonra onların həyatda heç bir iş tapa bilməməsi əbəsdir. Çəkilən əziyyətlər, təhsil sisteminə xərclənən vəsait batır, insanlar da heç bir şey əldə edə bilmirlər.
Bugünkü gənclər çalışmalıdırlar ki, peşə təhsili alsınlar, ixtisaslı kadr kimi özlərinə yer tutsunlar. Bu gün ali təhsillilər ən aşağı maaş alanlardır. 

Müşahidələrimə əsasən deyə bilərəm ki, savadlı ustlar (məsələn, avtomobil, texniki avadanlıqların ustaları və s.)  ayda 3-5 min, hətta bəzən 10 min manat, amma ali təhsillilər 500-1000 manat civarında qazanırlar.

Maddi cəhətdən də baxanda burada böyük fərq var. Üstəlik bu müstəqil işdir. Yəni insanlar özlərini işlə təmin eləmiş olur. Bu baxımdan müasir tendensiyalarla ayaqlaşmaq lazımdır.

Bazarın tələblərinə uyğun gənclər özlərinə peşə seçməlidirlər. Küyə düşüb “uşağımı oxudum”, “diplom alım” demək lazımsız bir mərhələdir. Bütün dünya ölkələrində bundan çoxdan imtina olunub. Böyük əksəriyyəti başqa ölkələrdə  bazarın tələbinə uyğun peşə ixtisas mərkəzlərinə yönəldilir”. 

Gənclərə texnologiyanın imkanlardan faydalanaraq özünə iş qurmağı tövsiyə edən ekspert dövlət qurumlarının dəstəyinin də vacibliyini vurğulayıb:

“Gənclər yeni texnologiyalardan istifadə edərək özləri üçün internet üzərindən və s. kiçik biznes qura bilərlər. Burada ilkin kapital, ləvazimat çatışmazlığı kimi müəyyən problemlər var. Ona görə də dövlət özünüməşğulluq proqramının əhatə dairəsini və maliyyə imkanlarını dəfələrlə artırmalıdır ki, daha çox insan dövlətin yardımı ilə özünə bir iş, kiçik obyekt qura bilsin.  
Bundan əlavə, peşə təhsili təbliğ olunmalı, artırılmalıdır. Çoxlu ixtisaslar və tələblər qoyulmalıdır ki, peşə təhsili olmayanlar usta kimi və yaxud texnik kimi işləməsinlər”. 

E.Bayramlı deyib ki, müəyyən sahələrdə peşə təhsilinə yiyələnə bilməyənlər qeyri-peşəkar xidmət göstərirlər:

“Bu gün bazarda əsas problemlərdən biri odur ki, ustalar avtomobiləri pis vəziyyətə qoyur. Çünki heç bir təhsili yoxdur. Kiminsə əlinə baxıb öyrənib, amma texniki olaraq anlayışı yoxdur. Bu insanlara zərər vurur. Ona görə də belə bir tələb qoyulsa ki ancaq peşəkar ixtisaslı kadrlar işləyə bilərlər onda bu sahəyə maraq artacaq. 
Dövlət də ilk növbədə əmək yarmarkalarında onların işlə təminini təşkil etməlidir ki, insanlar görsün ki, hamı ali təhsili almaqla iş tapa bilmir. Amma uşaqlar peşə təhsilinə yönəldiləndə peşəkar mütəxəssis olur, işləyir, pul da qazanır, özünə böyüyəndə bizne sdə qurur.
Dünyanın bir çox böyük biznesmenləri, ali şəxsiyyətlərinin heç ali təhsili yoxdur. Bu onu göstərir ki, yalançı diplom xatirinə ali təhsil planını artırmağa ehtiyac yoxdur. Müasir çağırışlara, texnologiyaya uyğun kurslar, peşə məktəbləri kadrlar yetişdirilməlidir ki,  həmin şəxslər əmək bazarının tələbinə uyğun təhsil alsın, peşə və bacarıqlara yiyələnsin. 
Hazırda əmək bazarı ilə təhsil sistemnin bir-birilə əlaqəsi yoxdur. Bir çox iş yerləri var ki savadlı kadrlar axtarır, amma o sahədə adam yoxdur. Bu məsələlər kompleks şəkildə həllini tapmalıdır”.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Aprel 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see176

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see160

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see132

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri