Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

“Savadlı ustalar ayda 5 10 min, ali təhsilli şəxslər isə 500 1000 manat qazanır”

“Savadlı ustalar ayda 5 10 min, ali təhsilli şəxslər isə 500 1000 manat qazanır”

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bugünkü təhsil sistemi uşaqlara, cəmiyyətə heç nə vermir. Sadəcə ağır dərs proqramı ilə yüklənmiş uşaqlar var. Ali məktəblərə qəbul imtahanlarının nəticələrinə baxanda görürük ki, əksəriyyəti 5 ballıq sistem üzrə 1-2 qiymətlərlə (150-250 bal) daxil olur”.

Avtosfer.az xəbər verir ki, bu sözləri Ölkə.az-a açıqlamasında sosial məsələlər üzrə ekspert Elçin Bayramlı ali təhsil alan gənclərin iş tapmaqda çətinlik çəkməsi barədə danışarkən deyib. O, ağır təhsil proqramının həyatda heç bir üstünlük qazandırmadığını söyləyib:

“Yəni 11 illik ağır proqramın nəticəsi budur. Ali məktəblərdə də eyni vəziyyətdir. Bizim ali məktəblərin çoxu müasir tendensiyalardan geri qalır. Elmdə, texnologiyada dəyişmələrə, çağırışlara adekvat dəyişiklik yoxdur. Yeni peşələr, texnologiyaların öyrədilməsində ənənəvi üsullardan daha çox istifadə edirlər. Bu gün əmək bazarında da onların bir çoxuna tələbat yoxdur. Bizim ali məktəblərin buraxdığı məzun kütləsinin 99%-nə əslində əmək bazarında ehtiyac yoxdur. Birincisi əmək bazarı tutumu o qədər deyil. İkinci tərəfdən də o peşələrin aktuallığı azalıb”.

E.Bayramlı hesab edir ki, peşə təhsili sistemi sovet dövründə çox yaxşı təşkil olunmuşdu:

“Böyük peşə məktəbləri şəbəkəsi var idi və böyük sənaye sistemi olduğuna görə, həmin məktəbləri qurtaran insanlara lazımi mütəxəssis kimi hər yerdə tələbat var idi, iş tapırdılar. Amma bu gün işsizlik problemi var. Yenə də peşə məktəblərinə yönəlmə bizdə çox zəifdir. Halbuki əmək bazarında peşə təhsili olanlara tələbat çoxdur, ali təhsillilərə isə tələbat azdır. Bu gün ustaların 99%-nin peşə təhsili yoxdur. Eləcə də bir çox sahələrdə müəyyən ixtisaslı peşələr var ki, təhsil almamış kimii gəldi götürürlər. Bu da effekt vermir”.
Ekspetin fikrincə ölkənin əmək bazarında hansı peşələrə nə qədər tələbat olması araşdırılmalı, qəbul buna uyğun aparılmalıdır:

“Yoxsa plan, pul qazanmaq xatirinə kütləvi şəkildə hamını ali təhsilə cəlb eləmək, yalançı diplomlar verib buraxdıqdan sonra onların həyatda heç bir iş tapa bilməməsi əbəsdir. Çəkilən əziyyətlər, təhsil sisteminə xərclənən vəsait batır, insanlar da heç bir şey əldə edə bilmirlər. Bugünkü gənclər çalışmalıdırlar ki, peşə təhsili alsınlar, ixtisaslı kadr kimi özlərinə yer tutsunlar. Bu gün ali təhsillilər ən aşağı maaş alanlardır. Müşahidələrimə əsasən deyə bilərəm ki, savadlı ustlar (məsələn, avtomobil, texniki avadanlıqların ustaları və s.)  ayda 3-5 min, hətta bəzən 10 min manat, amma ali təhsillilər 500-1000 manat civarında qazanırlar. Maddi cəhətdən də baxanda burada böyük fərq var. Üstəlik bu müstəqil işdir. Yəni insanlar özlərini işlə təmin eləmiş olur. Bu baxımdan müasir tendensiyalarla ayaqlaşmaq lazımdır. Bazarın tələblərinə uyğun gənclər özlərinə peşə seçməlidirlər. Küyə düşüb “uşağımı oxudum”, “diplom alım” demək lazımsız bir mərhələdir. Bütün dünya ölkələrində bundan çoxdan imtina olunub. Böyük əksəriyyəti başqa ölkələrdə  bazarın tələbinə uyğun peşə ixtisas mərkəzlərinə yönəldilir”. 

Gənclərə texnologiyanın imkanlardan faydalanaraq özünə iş qurmağı tövsiyə edən ekspert dövlət qurumlarının dəstəyinin də vacibliyini vurğulayıb:

“Gənclər yeni texnologiyalardan istifadə edərək özləri üçün internet üzərindən və s. kiçik biznes qura bilərlər. Burada ilkin kapital, ləvazimat çatışmazlığı kimi müəyyən problemlər var. Ona görə də dövlət özünüməşğulluq proqramının əhatə dairəsini və maliyyə imkanlarını dəfələrlə artırmalıdır ki, daha çox insan dövlətin yardımı ilə özünə bir iş, kiçik obyekt qura bilsin.  
Bundan əlavə, peşə təhsili təbliğ olunmalı, artırılmalıdır. Çoxlu ixtisaslar və tələblər qoyulmalıdır ki, peşə təhsili olmayanlar usta kimi və yaxud texnik kimi işləməsinlər”. 

E.Bayramlı deyib ki, müəyyən sahələrdə peşə təhsilinə yiyələnə bilməyənlər qeyri-peşəkar xidmət göstərirlər:

“Bu gün bazarda əsas problemlərdən biri odur ki, ustalar avtomobiləri pis vəziyyətə qoyur. Çünki heç bir təhsili yoxdur. Kiminsə əlinə baxıb öyrənib, amma texniki olaraq anlayışı yoxdur. Bu insanlara zərər vurur. Ona görə də belə bir tələb qoyulsa ki ancaq peşəkar ixtisaslı kadrlar işləyə bilərlər onda bu sahəyə maraq artacaq. Dövlət də ilk növbədə əmək yarmarkalarında onların işlə təminini təşkil etməlidir ki, insanlar görsün ki, hamı ali təhsili almaqla iş tapa bilmir. Amma uşaqlar peşə təhsilinə yönəldiləndə peşəkar mütəxəssis olur, işləyir, pul da qazanır, özünə böyüyəndə bizne sdə qurur.
Dünyanın bir çox böyük biznesmenləri, ali şəxsiyyətlərinin heç ali təhsili yoxdur. Bu onu göstərir ki, yalançı diplom xatirinə ali təhsil planını artırmağa ehtiyac yoxdur. Müasir çağırışlara, texnologiyaya uyğun kurslar, peşə məktəbləri kadrlar yetişdirilməlidir ki,  həmin şəxslər əmək bazarının tələbinə uyğun təhsil alsın, peşə və bacarıqlara yiyələnsin. Hazırda əmək bazarı ilə təhsil sistemnin bir-birilə əlaqəsi yoxdur. Bir çox iş yerləri var ki savadlı kadrlar axtarır, amma o sahədə adam yoxdur. Bu məsələlər kompleks şəkildə həllini tapmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Aprel 2025 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see394

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see177

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see145

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see145

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see140

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri