Icma.az
close
up
RU
Azərbaycanda telefon, geyim və qəhvə ucuzlaşacaq

Azərbaycanda telefon, geyim və qəhvə ucuzlaşacaq

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Evdəki ərzaq ehtiyatından geyim və elektronikaya qədər bir çox məhsulun arxasında "Made in Vietnam" yazısına rast gəlmək artıq adi bir haldır. Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri və imzalanan strateji sənədlər fonunda əsas sual budur: bu yaxınlaşma mağazalardakı qiymətlərə və yerli biznesə necə təsir edəcək?

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, Azərbaycanla Vyetnam arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün ciddi potensial və qarşılıqlı faydalı əməkdaşlıq imkanları mövcuddur:

“Cari ilin ilk 9 ayında iki ölkə arasında ticarət dövriyyəsi 136 milyon dollar təşkil edib. Bunun 135,5 milyon dolları Vyetnamdan Azərbaycana idxalın, 1,1 milyon dolları isə Azərbaycanın Vyetnama ixracının payına düşüb. Bu göstəricilər ticarət əlaqələrimizin hələlik əsasən idxal üzərində formalaşdığını göstərsə də, əməkdaşlığın genişləndirilməsi və ixracın artırılması üçün ciddi imkanlar var.
Hazırda Azərbaycan Vyetnamdan əsasən elektronika və telefonlar, maşın və avadanlıqlar, ayaqqabı və geyim, ərzaq və kənd təsərrüfatı məhsulları, eləcə də balıq və dəniz məhsulları idxal edir. Vyetnama isə tütün və tütün məhsulları, heyvan mənşəli məhsullar, optik və tibbi cihazlar, maşın və avadanlıqlar ixrac edirik.
Bununla belə, Azərbaycanın Vyetnam bazarına çıxara biləcəyi məhsulların çeşidini və həcmini əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Xüsusilə neft-kimya məhsulları, mineral gübrələr, pambıq və tekstil xammalı, alüminium və digər metal məhsulları, həmçinin emal olunmuş kənd təsərrüfatı və qida məhsulları üzrə geniş ixrac imkanları mövcuddur. 102 milyondan çox əhalisi olan Vyetnam böyük istehlak bazarı olmaqla yanaşı, dinamik inkişaf edən sənaye və istehsal mərkəzidir. Bu baxımdan Azərbaycan sahibkarları üçün Vyetnam bazarına çıxış yeni kommersiya imkanları yarada bilər.
Digər tərəfdən, Vyetnam dünyanın mühüm istehsal və ixrac mərkəzlərindən biridir. Ölkə elektronika, tekstil, geyim, ayaqqabı, qəhvə və düyü istehsalı və ixracında aparıcı mövqelərə malikdir. Bu məhsulların birbaşa və daha səmərəli logistika kanalları vasitəsilə Azərbaycana gətirilməsi daxili bazarda qiymət rəqabətinin güclənməsinə, məhsul çeşidinin artmasına və istehlakçıların daha əlverişli qiymətlərlə məhsul əldə etməsinə şərait yarada bilər”.

Deputat həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin Vyetnama səfəri iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və iqtisadi əlaqələrin yeni istiqamətlər üzrə inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:

“Hazırda Vyetnam mənşəli bir sıra məhsullar Azərbaycana üçüncü ölkələr və vasitəçilər üzərindən daxil olur. Azərbaycanla Vyetnam arasında birbaşa ticarət əlaqələrinin inkişafı, gömrük prosedurlarının sadələşdirilməsi, logistika marşrutlarının optimallaşdırılması və sahibkarlar arasında birbaşa əməkdaşlığın genişləndirilməsi əlavə vasitəçi xərclərinin azaldılmasına imkan verə bilər. Həm də idxalçılar və istehlakçılar üçün daha əlverişli iqtisadi şərait formalaşa bilər. Bununla yanaşı, qiymətlərin aşağı düşməsi logistika, gömrük, sığorta və digər xərclərin real olaraq nə dərəcədə azalmasından asılı olacaq.
Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri və ötən il imzalanmış strateji tərəfdaşlıq haqqında sənəd ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının səfəri çərçivəsində aparılmış müzakirələr və imzalanmış sənədlər siyasi dialoqun möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi, ticarət, investisiya, nəqliyyat və logistika sahələrində əməkdaşlığın hüquqi və institusional bazasını genişləndirir.
Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri də Azərbaycanın tranzit və logistika imkanlarından istifadə etməklə Vyetnam məhsullarının region ölkələrinə çatdırılması, eyni zamanda Azərbaycan məhsullarının Cənub-Şərqi Asiya bazarlarına çıxışının asanlaşdırılmasıdır. Azərbaycan özünün əlverişli coğrafi mövqeyi, Şərq-Qərb nəqliyyat dəhlizindəki rolu, liman və dəmir yolu infrastrukturu vasitəsilə Vyetnam üçün regional ticarət və logistika tərəfdaşına çevrilə bilər.
Eyni zamanda, Vyetnamla əməkdaşlıq Azərbaycan sahibkarlarına yalnız bu ölkənin daxili bazarına deyil, bütövlükdə Cənub-Şərqi Asiya regionunun geniş istehlak və istehsal bazarlarına çıxış baxımından da yeni perspektivlər aça bilər. Vyetnamın regional istehsal və ixrac şəbəkələrindəki mövqeyi Azərbaycan şirkətləri üçün yeni tərəfdaşlıqların, birgə müəssisələrin və investisiya layihələrinin yaradılmasına imkan verə bilər.
Sonda qeyd etmək istəyirəm ki, Azərbaycan-Vyetnam strateji tərəfdaşlığını yalnız ikitərəfli ticarət dövriyyəsinin artırılması kontekstində qiymətləndirmək düzgün olmazdı. Bu əməkdaşlıq həm Azərbaycanın ixrac coğrafiyasının genişlənməsinə, həm daxili bazarda rəqabət mühitinin güclənməsinə, həm də ölkəmizin Cənub-Şərqi Asiya ilə iqtisadi əlaqələrinin dərinləşməsinə xidmət edə bilər”.
Lalə Qurbanlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Noyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri