Icma.az
close
up
RU
Saxta kimliklə sədr seçildi, yüzlərlə insanı əsir götürdü... Dünya bu qadından danışır

Saxta kimliklə sədr seçildi, yüzlərlə insanı əsir götürdü... Dünya bu qadından danışır

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Filippinin Manila şəhərinin keçmiş meri Alice Guo "insan oğurluğunda", "sənədlərin saxtalaşdırılmasında" və "onlayn kazino qurmaq"da ittiham olunub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ötən il həbs olunan Guo məhkəmə qarşısına çıxıb. 

Filippin prokurorları Guonun saxta Filippin şəxsiyyət vəsiqəsi ilə namizədliyini irəli sürdüyünü aşkar ediblər. Bələdiyyə sədri seçilən qadının Çin vətəndaşı olduğu məlum olub. Qadının saxta şəxsiyyət vəsiqəsi ilə mer seçilməsi ölkə daxilində müzakirə mövzusuna çevrilib. Bu onun ilk cinayəti deyil.  

Belə ki,  mer villasında onlayn kazino şəbəkəsi yaradıb və 700 vyetnamlı işçini orada əsir tutub.  Sözügedən obyekt  2024-cü ildə  ifşa olunub.  Guonun dəstəsi tərəfindən qaçırılan vyetnamlı işçi əsir saxlandığı kazino obyektindən polisə zəng edib, hüquq-mühafizə orqanları merin villasına basqın edib. Polis dəbdəbəli villalar və böyük hovuzu olan geniş kompleksdə 700-dən çox oğurlanmış işçi tapıb. Sənədlərdən məlum olub ki, Guo kurort sahibi elan edib. 

Manila Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Komissiyasının məlumatına görə, Guo və daha üç nəfər mərkəz daxilində insan alverini təşkil etməkdə təqsirli bilinib. Guonun məhkəməsindən sonra prokurorlar bütün müttəhimlərin ömürlük həbs cəzası aldığını açıqlayıb. 

Alice Guo 2024-cü ilin sentyabrında Filippindən qaçdıqdan sonra İndoneziyada saxlanılıb. Qısa müddət sonra məhkəmə Guonun Çin vətəndaşı olduğunu və namizədliyini irəli sürmək hüququ olmadığını müəyyən edib. 

Bundan sonra Filippin Prezidenti Ferdinand Markos 2024-cü ildə Guo işi ilə bağlı artan qəzəb fonunda qeyri-hökumət qumar əməliyyatlarını qadağan edib və ölkədə işləyən əcnəbilərin deportasiya edilməsini əmr edib.

Gülayə Mecid 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Noyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri