Icma.az
close
up
RU
Saxta müraciətlər hazırlamaqda təqsirləndirilən şəxslərə ittiham aktı ELAN OLUNUB

Saxta müraciətlər hazırlamaqda təqsirləndirilən şəxslərə ittiham aktı ELAN OLUNUB

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlamaqda və kibercinayətkarlıqda təqsirləndirilən Sərdar Niftalıyev və Rafiq Zöhrabovun cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.

Daha sonra cinayət işi üzrə zərərçəkənlər ifadə veriblər. Zərərçəkən Aysel Məmmədova deyib ki, sosial şəbəkədən "Angelina" adlı hesabdan iş təklifi alıb:

"Onlar onlayn platformada alış-veriş təklif edirdilər. Teleqramda qrupları var idi. Mənə kart hesabı atdılar. Bu hesaba ayrı-ayrılıqda 1000, 1000 və 800 manat pul göndərdim. Bu pula məhsul alınacağını demişdilər. Pulu göndərəndən sonra gec-gec əlaqə saxlamağa başladılar. Bu zaman aldadıldığımı anladım. Buna görə də, banka müraciət elədim. Onlar məsələ ilə bağlı polisə şikayət etməyimi məsləhət gördülər. Mən də polisə şikayət etdim".

Zərərçəkən Şaban Novruzlunun sözlərinə görə, votsap hesabına onlayn alış-verişlə bağlı mesaj gəlib:

"Mesajda bildirilmişdi ki, onlayn alış-veriş etsəm, pul qazanacam. Sözlərinə inandım, sonra mənə hesab yaratdılar. Satılan məhsuldan qazanılan faiz hesabımda görünürdü. Sonra pul çıxartmaq istədim. Onlar mənə bildirdilər ki, hesabında 1000 manat olduqda çıxarış edə bilərəm. Ümumilikdə 5 karta 11 min 600 manatdan çox pul atmışam. Bu platformadan ümumilikdə 18 min 500 manatdan çox qazanc götürməli idim. Bir müddətdən sonra mesajlarıma gec-gec cavab verirdilər. Bu zaman aldadıldığımı anladım. Mənimlə əlaqə saxlayan Bella ilə danışanda fərqli-fərqli cavablar verirdi".

Növbəti proses mayın 1-də davam edəcək.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, kibercinayət yolu ilə Azərbaycan Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - "deepfake" texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti ("SOCAR"), "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2 (mütəşəkkil dəstə tərəfindən təkrar olaraq kompüter məlumatlarını qanunsuz ələ keçirmə), 273-2-ci (kompüter məlumatlarının saxtalaşdırılması) və 178.3.1 (mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilib, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunmuş, qeyd olunan cinayət əməllərinin qarşısı alınmışdır.

"Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilib, köçürülən vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilən investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib", - məlumatda deyilir.

Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirən beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak edən Azərbaycan vətəndaşları - 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaqın yekununda hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.1 (Dələduzluq - mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Aprel 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri