Saxta SMM xidməti ilə insanları aldadırlar: Belə dələduzlardan necə qorunmaq olar?
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
0:00
/
1:31
x1
Sosial şəbəkələr inkişaf etdikcə dələduzluq halları da artır. Bunlardan biri də "marketinq" xidmətləridir.
Belə ki, bəziləri istifadəçilərə yazaraq müəyyən pul qarşılığında marketinq xidmətləri təklif edirlər. Bəzən də məşhurların adlarından istifadə edərək bu addımı atırlar. Pulu aldıqdan sonra isə yoxa çıxırlar.
Bəs bu cür dələduzluqdan özümüzü necə qoruya bilərik?
Marketinq üzrə mütəxəssis Laura Seyidbəyovanın sözlərinə görə, qısa müddətdə minlərlə izləyici və ya "100 faiz nəticə" kimi real olmayan vədlər verən şirkətlərə etibar etmək olmaz:
"Peşəkar marketinq xidmətlərində nəticələr ölçüləbilən olmalı, görüləcək işlər, istifadə ediləcək alətlər və nəticələrin necə dəyərləndiriləcəyi müştəriyə əvvəlcədən aydın şəkildə izah edilməlidir. Bununla yanaşı, ciddi şirkətlər müqavilə əsasında çalışır və mütəmadi hesabat təqdim edirlər".
Məsələ ilə bağlı hüquqşünas Vüsal Cəfərov isə qeyd edib ki, Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, etibardan sui-istifadə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə dələduzluq hesab olunur və cinayət məsuliyyəti yaradır:
"Bu zaman vurulan zərərin məbləği 500 manatdan yuxarı olmalıdır. Həmin maddəyə əsasən, təqsirli şəxs 1 000 manatdan 2 000 manata qədər cərimə, 360 saatdan 480 saata qədər ictimai işlər, iki ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Saxta SMM xidməti ilə insanları aldadırlar: Belə dələduzlardan necə qorunmaq olar?
Baxış sayı:109
Bu xəbər 20 Dekabr 2025 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















