Icma.az
close
up
RU
Şaxtalı havalar müharibələrlə bağlıdır? Atmosfer, torpaq, bitkilər...

Şaxtalı havalar müharibələrlə bağlıdır? Atmosfer, torpaq, bitkilər...

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniyada dəhşətli şaxta səbəbindən onlarla təyyarə reysi təxirə salınıb. Məlumdur ki, bu il hava ötən illə müqayisədə soyuq keçir. Lakin bəzən də havanın soyuq olmasını müharibələrlə əlaqələndirirlər. Bu, nə dərəcə doğrudur?

Globalinfo.az-a danışan Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyib ki, yalnız Almaniyada deyil, ABŞ-ın özündə, əsasən qərb hissələrində, İngiltərədə də fantastik dərəcədə soyuq var.

Onun sözlərinə görə, soyuq və qar hazırda şərqə doğru gəlir:

“Artıq Kanadada da eyni hava şəraiti hökm sürməyə başlayıb. Yay və payız aylarında Avropada sel və daşqınlar olmuşdu. Hətta itkilər də oldu. Burada əsas məsələ ondan ibarətdir ki, o yağıntıların qışda qar şəklində yağacağı məlum idi. Ümumiyyətlə, planetin elə əraziləri var ki, orada mütəmadi olaraq ciddi soyuq olur. Tarixdə belə şeylər var. Bunların isə müharibələrlə heç bir əlaqəsi yoxdur, ola da bilməz. Düzdür, müharibələr atmosferə təsir edir, lakin ən çox təsiri torpağa və bitkiyə göstərir. Çünki orada torpaq qatı tamamilə dağılır və gələcəkdə yararsız hala düşür. Ümumi qlobal şəkildə havaya təsiri çətin məsələdir”.

Ənvər Əliyev

Ə.Əliyev zamanında soyuq havanın Rusiyaya kömək etdiyini qeyd edib:

“Məsələn, İkinci Dünya müharibəsindən sonra lokal savaşlar olub. Ən böyük döyüş isə Vyetnamda oldu ki, orada istifadə olunan bəzi kimyəvi maddələr faciələr yaratdı. Baxın, bu gün hələ də onların izləri qalır. İkinci Dünya savaşının isə izləri Rusiyada qalır. Qeyd edim ki, təbiətin müharibənin gedişatına təsiri böyükdür. Hətta belə bir fikir var ki, əgər İkinci Dünya müharibəsindəki soyuq qış olmasa idi, faşist Almaniyası qələbə çalardı. Həmin müharibə dövründə hazırlıqsız alman qoşunları kəskin soyuğa təslim oldu. Onların məğlub olmalarında əsas amillərdən biri də bu göstərilir”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Yanvar 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri