Icma.az
close
up
RU
Saymon Stil: Ən geci sentyabra qədər Milli İqlim planları BMT İDÇK katibliyinə təqdim edilməlidir

Saymon Stil: Ən geci sentyabra qədər Milli İqlim planları BMT İDÇK katibliyinə təqdim edilməlidir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 fevral, AZƏRTAC

“Ən geci sentyabra qədər Milli İqlim planları Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMT İDKÇ) Katibliyinin masasının üzərində olmalıdır ki, COP-dan (İDKÇ Tərəflər Konfransı) qabaq dərc olunacaq Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) üzrə Xülasə Hesabatında öz əksini tapsın”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMT İDÇK) icraçı katibi Saymon Stil Braziliyada Riu-Branku İnstitutunda keçirilən “Təmiz enerjiyə keçidin qarşısını almaq artıq qeyri-mümkündür; maliyyə yol xəritəsi, adaptasiya və ədalətli keçid əsas amillərdir” adlı konfransda çıxışı zamanı səsləndirib.

“Milli İqlim Planları və ya iqlim jarqonu ilə desək, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr həlledici əhəmiyyətə malikdir. Biz artıq bir sıra böyük iqtisadi mərkəzlərin, o cümlədən Braziliya və Böyük Britaniyanın yeni və daha iddialı milli iqlim planlarını təqdim etməklə, iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini gücləndirmək niyyətində olduqlarına dair aydın siqnallar verdiyini müşahidə edirik. Çünki bu, onların iqtisadi, eləcə də vətəndaşlarının maraqlarına tamamilə cavab verir. Bu planlar daha güclü iqtisadiyyat və cəmiyyətlərin qurulması üçün bir şablon rolunu oynayır (bir nümunədir), buna görə onlar iqtisadiyyatın bütün sektorlarını və bütün istixana qazlarını əhatə edir. Onlar işçilər üçün faydalı olmalı, bazarlara aydın mesajlar verməli və təmiz, dayanıqlı infrastrukturun yaradılması üçün maliyyə axınını təmin etməlidir. Daha ucuz və təmiz enerjidən istifadə etməklə, bu planlar hər bir insana maddi fayda verə bilər. Bu milli planlar ölkələr tərəfindən cari əsrdə hazırlanacaq ən mühüm strateji sənədlərdən biri olduğu üçün onların keyfiyyətinə xüsusi diqqət ayrılmalıdır. Dünyanın əksər ölkələri yeni planlarını bu il təqdim edəcəklərini bəyan ediblər", – deyə Saymon Stil bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2025 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri