Səadət Bəktaşinin hakimlik səlahiyyətlərinə xitam verildi
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Şuradan Axar.az-a bildirilib ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
İclasda "İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin təlimə cəlb edilməsi Qaydaları" layihəsi və "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"nda dəyişiklik edilməsi barədə qərar layihəsi təsdiq edilib.
Daha sonra cari məsələlərə, o cümlədən hakimlər haqqında intizam icraatlarına baxılıb.
İclasda bəzi birinci və apellyasiya instansiya məhkəmələrinin, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Səadət Bəktaşinin hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar səlahiyyətlərinə xitam verilməsi və onların səmərəli fəaliyyətinə görə Məhkəmə-Hüquq Şurasının fəxri döş nişanı ilə təltif edilmələri barədə qərarlar qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 06 Noyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















