Səbail in legioneri Neftçi yə keçəcək
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Səbail" klubunun yeni transferi Momo Sako bir ildən sonra "Neftçi"yə keçəcək. Sport24.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi bu barədə "Africafoot"a açıqlamasında məlumat verib.
O, "ağ-qaralar"da çıxış edən qardaşı Falaye Sako ilə oynamaq üçün səbirsizliklə gözlədiyini söyləyib:
"Əslində böyük qardaşım Sako kimi "Neftçi" ilə müqavilə imzalamışam. Məni "Səbail"ə birillik icarəyə veriblər. "Neftçi"yə keçməzdən əvvəl bu komanda ilə I Liqada çıxış edəcəyəm. "Neftçi" ilə böyük nailiyyətlər əldə etməyi səbirsizliklə gözləyirəm. Ölkənin ikinci ən uğurlu klubudur. Müntəzəm olaraq avrokuboklarda çıxış ediblər. Bütün çətinliklərin öhdəsindən gəlmək üçün çalışacağam. "Neftçi"də qardaşımla oynamaq mənim üçün böyük şərəf olardı. Çünki o, həmişə mənə yaxşı məsləhətlər verib".
Qeyd edək ki, "Səbail" Malidən olan oyunçu ilə birillik müqavilə bağladığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 24 Sentyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















