Icma.az
close
up
RU
Səbəbi bilinməyən sonsuzluğun arxasında gizlənən faktor

Səbəbi bilinməyən sonsuzluğun arxasında gizlənən faktor

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Endometrial polip - uşaqlığın daxili qişasında, yəni endometriumda yaranan xoşxassəli toxuma artımıdır. Bu törəmələr adətən kiçik ölçülü olur, lakin bəzən uşaqlıq boşluğunu tam dolduracaq qədər böyüyə bilir. Poliplər əsasən vəzili və stromal toxumanın lokal çoxalması nəticəsində formalaşır və hormonal dəyişikliklərə həssas quruluşa malikdir. Çox qadın onda polipin olduğunu yalnız təsadüfi şəkildə aparılan müayinə zamanı öyrənir, çünki poliplər uzun müddət özünü heç bir simptomla göstərməyə də bilər”.

Bu sözləri “Yeni Sabah”a Uzman Dr. Ginekoloq Zivər Eldarova deyib. O bildirib ki, poliplər xüsusilə hormonal disbalansı olan qadınlarda daha çox müşahidə edilir.

“Bununla belə, polipin varlığı qadın sağlamlığında mühüm problemlərə yol aça bilər. Ən çox rast gəlinən əlamət anormal uşaqlıq qanaxmalarıdır. Xüsusilə menstruasiya arasında ləkələnmələr, uzun sürən və ya daha çox qanaxmalar polipin klassik əlamətlərindən sayılır. Bu qanaxmalar endometriumun lokal qalınlaşması və damarların qıcıqlanması ilə bağlı olur. Statistik olaraq poliplər ən çox 35–50 yaş arası qadınlarda rast gəlinir və fərqli araşdırmalarda ümumi qadınların təxminən 8–30 faizində həyatının müxtəlif dövrlərində endometrial polip aşkarlandığı göstərilir. Həmçinin poliplərin təxminən 12–43 faiz hallarda təkrarlana biləcəyi də qeyd edilir ki, bu, xüsusilə hormonal disbalansı olan qadınlarda daha çox müşahidə olunur”.

Həkim vurğulayıb ki, poliplərin qadın reproduktiv sağlamlığında yaratdığı ən önəmli problemlərdən biri sonsuzluqdur:

“Uşaqlıq boşluğunun içində yerləşən polip böyük ölçülü olduqda embrionun implantasiyasına mane ola bilər. Yəni döllənmiş yumurta uşaqlığın divarına tutuna bilmir və hamiləlik baş vermir. Bu səbəbdən polip izah olunmayan sonsuzluq hallarında aşkar edilən gizli səbəblərdən biridir. Eyni zamanda polipin varlığı hamiləlik düşüklərinin təkrar baş verməsinə də səbəb ola bilər. Polip endometriumun strukturunu pozduğu üçün erkən embrionun inkişafına uyğun mühit yarana bilmir və hamiləlik davam etmədən pozulur. Bu səbəbdən təkrarlayan düşükləri olan qadınlarda polip ehtimalı mütləq araşdırılır”.

Zivər Eldarova qeyd edib ki, poliplə mioma çox zaman qarışdırılır, lakin bu iki törəmə tam fərqli mənşəyə malikdir:

“Miomalar uşaqlığın əzələ qatından yaranan sərt düyünlərdir və daha çox təzyiq hissi, ağrı və ağır menstruasiyalarla özünü göstərir. Polip isə selikli qişadan inkişaf edir və əsas olaraq qanaxma, sonsuzluq və hamiləliyin baş tutmaması ilə əlaqələndirilir. Bu iki patologiya mexanizm, klinik nəticələr və müalicə baxımından fərqlidir və düzgün diaqnoz mütləq adekvat görüntüləmə ilə təsdiqlənməlidir”.

Ginekoloq diaqnostika prosesinə də aydınlıq gətirib:

“Polipin diaqnostikasında ultrasəs ilk addımdır, lakin kiçik poliplər adi transvaginal ultrasəsdə görünməyə bilər. Bu hallarda sonohisteroqrafiya – uşaqlıq boşluğuna maye verilərək aparılan ultrasəs daha dəqiq nəticə verir. Histeroskopiya polipin yerini və formasını dəqiq göstərir, eyni zamanda onun çıxarılmasına imkan yaradır”.

O bildirib ki, poliplərin yaranma səbəbləri hormonal balanssızlıqla sıx bağlıdır:

“Estrogenin yüksək, progesteronun aşağı olduğu hallarda endometriumda nəzarətsiz proliferasiya başlayır və lokal toxuma artımı yaranır. Anovulyasiya dövrləri, Polikistik Yumurtalıq Sindromu, endokrin pozuntular, artıq çəki, insulin müqaviməti və menopauza öncəsi dövr bu prosesə şərait yaradır. Stress birbaşa polip yaratmasa da, hormonal tarazlığı pozur”.

Zivər Eldarova poliplərin bədxassələşməsi məsələsinə də münasibət bildirib:

“Ümumilikdə endometrial poliplərin böyük hissəsi xoşxassəlidir. Lakin bəzi poliplərin daxilində atipik hüceyrələr inkişaf edə və xərçəng riski yarada bilər. Bu ehtimal menopauza sonrası qadınlarda, xüsusilə 50 yaşdan yuxarı olanlarda, 1,5–2 sm-dən böyük poliplərdə və histoloji risk faktorları yüksək olanlarda artır. Buna görə çıxarılan hər polip mütləq histoloji analizə göndərilir”.

Həkim deyib ki, polipin müalicəsi fərdi amillərdən asılı olaraq dəyişir, lakin bir neçə ümumi qayda mövcuddur:

“Simptom verən, sonsuzluğa səbəb olan, düşüklərlə əlaqəli olan və menopauza dövründə aşkarlanan bütün poliplər çıxarılmalıdır. Reproduktiv dövrdə hamiləlik planlayan qadınlarda polip implantasiyaya mane olduğu üçün əməliyyat birbaşa göstərişdir. Təkrarlayan düşüklər, izah olunmayan sonsuzluq və davamlı anormal qanaxma zamanı polip histeroskopik olaraq çıxarıldıqdan sonra hamiləlik şansı artır və menstruasiya normallaşır”.

Sonda o bildirib ki, endometrial polip tez-tez rast gəlinən, lakin bəzən uzun müddət gizli qalan bir problemdir:

“Orta yaşlı qadınlarda daha çox aşkarlanır və təkrarlanma ehtimalı kifayət qədər yüksəkdir. Vaxtında müayinə və dəqiq diaqnostika qanaxma, sonsuzluq və düşüklərin qarşısını almağa imkan verir. Histeroskopik müalicə həm təhlükəsiz, həm də effektivdir. Bu müalicə ilə çox vaxt reproduktiv sağlamlıq tam şəkildə bərpa olunur”.

Aydan Hacı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 Noyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri