Icma.az
close
up
RU
Pərakəndə ticarət sektorunda rəqabət: Şəbəkə marketləri və adi mağazaların fərqi ARAŞDIRMA

Pərakəndə ticarət sektorunda rəqabət: Şəbəkə marketləri və adi mağazaların fərqi ARAŞDIRMA

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müştərilər hansına və hansı səbəblərdən üstünlük verir, faydalılıq, keyfiyyət, sərfəlilik, istehlakçı hüquqi harada necə təmin olunur?

Son dövrlərdə ölkəmizin pərakəndə ticarət sektorunda yeni tendensiyalar formalaşıb. Əvvəllər bütün ticarət dövriyyəsi bazarlarda və ixtisaslaşmış (həmçinin, qarışıq mallar) mağazalarda gedirdisə, son 20-25 ildə mağaza şəbəkələrinin formalaşması baş verib və bu şəbəkələr ticarət sektorunun əhəmiyyətli bir hissəsinə sahib olub.

Ölkəmizdə hazırda 12 market şəbəkəsi fəaliyyət göstərir və onların minlərlə mağazası respublikanın bütün şəhər və qəsəbələrində, bir çox kəndlərində fəaliyyət göstərir. Xüsusən də, supermarketlər alıcıların daha çox üz tutduğu mağazalara çevrilib. Çünki, burada demək olar ki, bütün istehlak mallarını almaq mümkündür, həm də sərfəli qiymətə. Bu isə həm vaxta, həm pula, həm enerjiyə qənaət etməyə imkan verir.

Hazırda adi mağazalarla şəbəkə marketləri arasında rəqabət gedir. Burada demək olar ki, bütün üstünlük şəbəkə marketlərinin tərəfindədir, bu səbəbdən də onlar mövcud müştəri kontingentinin çox böyük əksəriyyətini cəlb edə biliblər. Bəs buna nələrin sayəsində nail ola biliblər, adi mağazalarla və dükanlarla, şəbəkə marketləri arasında hansı fərqlər var? Müqayisəli araşdırmada nəzərdən keçirək.

Məhsul bolluğu, çeşidlilik, fərqli istehlak məhsullarının bir yerdə satılması

Şəbəkə marketlərində həm çox fərqli məhsulların bir məkanda satışı təşkil olunur, həm də eyni məhsul üzrə çox sayda istehsalçının təklifləri var ki, alıcının həm qiymət, həm keyfiyyət, həm həcm baxımından geniş seçim imkanı yaranır. Lakin adi mağazalarda bu imkanlar son dərəcə zəifdir.

Qiymət siyasəti (ucuzlaşdırma və hədiyyə kampaniyaları, bonuslar və s)

Şəbəkə marketləri mütamadi olaraq müxtəlif məhsullarda endirim və hədiyyə kampaniyaları təşkil edir ki, bu da alıcılara çox sərfəli olur. Üstəlik, alıcı eyni məhsuldan çox alanda və ya müəyyənləşdirilmiş məbləğdə alış edəndə güzəştlər və ya hədiyyələr əldə edir. Bundan başqa, şəbəkə marketləri bonus kartlarına sahibdir ki, bu kartları əldə edən müştərilər etdikləri alış-verişdən əlavə bonuslar qazanırlar. Adətən bu 2-3 faiz olur, bəzi hallarda isə 5-7 faiz.

Adi mağazalarda və bazarlarda belə imkanlar yoxdur.

Satıcının məsuliyyəti və keyfiyyətə nəzarət imkanları

Şəbəkə marketlərində məhsullar ciddi istehsalçılardan və ya topdansatış mərkəzlərindən alınır, hamısının keyfiyyət sertifikatı olur. Onların keyfiyyətinə və saxlanma şəraitinə məsuliyyət daha böyükdür. Bu səbəbdən belə marketlərin təchizatçıları məhsullarda problem olmamasına çalışırlar. Çünki, şəbəkə marketləri alıcıların və jurnalistlərin daimi nəzarətindədir, onlarda adi bir nöqsan aşkarlanması faktı dərhal ictimailəşdirilir və bu şirkətin imicinə ciddi zərbə vurur, onun hətta məhkəmədə cavab verməyə məcbur olması, cərimələnməsi, kompensasiya ödəməsinə qədər gətirib çıxarır. Buna görə də, böyük şəbəkələr mümkün qədər heç bir noqsana yol verməməyə çalışırlar.

Təəssüf ki, bunların heç biri adi dükan və mağazalarda, bazarlarda yoxdur.

Vergi ödəyicisi məsuliyyəti və alıcılara ƏDV faizinin geri qaytarılması

Şəbəkə marketlərində bütün ticarət rəsmiləşdirilir, çek vurulur və dövlətə ödənilən vergilər tam dəqiq və düzgün olur. Üstəlik, alıcılara çek verildiyindən onlar “ƏDV geri al” sistemi vasitəsilə xərclədikləri məbləğin müəyyən olunmuş hissəsini (təxminən 2,7 faizini) geri ala bilirlər.

Lakin bazarlarda və adi dükan-mağazaların çoxunda çek verilmir, nəticədə həm vergidən yayınma baş verir, həm də alıcılar ƏDV faizlərini geri ala bilmirlər.

Qiymətlərin şəffaflığı və dəyişkənliyi

Şəbəkə marketlərində bütün məhsulların qiyməti yazılır, endirim və hədiyyə edilən məhsullar haqda isə əlavə qeydlər olur. Nəticədə müştəri ölçüb-biçir, hansı məhsuldan nə qədər alacağını, nə vaxt alacağını idarə edir və puluna qənaət etmiş olur.

Bazarlarda və və adi dükan-mağazaların çoxunda isə qiymətlər yazılmır, endirimlər və hədiyyələr olmur. Nəticədə alıcılar ya bir-bir bütün malların qiymətini satıcıdan soruşmalı və sonra müqayisə aparmalı (bu da çox vaxt və əziyyət deməkdir), ya da məhsulları götürüb kassirə satıcıya hesablanmasını deməlidir (burada artıq satıcı istədiyi qiymətlə hesablayır).

Fors-major hallarında mağazaların davranışı

Şəbəkə marketlərində hər hansı bir problem baş verdikdə, 14 gün ərzində çek əsasında şikayət qəbul edilir, məhsul nəzərdə keçirilir- alıcıdan artıq pul çıxılıbsa, ya da ona vaxtı keçmiş məhsul satılıbsa, mağaza üzr istəyib zərəri ödəyir.

Təəssüf ki, bazarlarda və adi dükan-mağazaların çoxunda belə imkan yoxdur. Çox vaxt alıcı həmin məhsulu oradan aldığını belə sübut edə bilmir, satıcı heç cür boynuna almır. Çünki çoxunda çek verilmir.

Sosial məsuliyyət və ictimai kampaniyalar

Şəbəkə marketlərinin aid olduğu şirkətin sosial məsuliyyət siyasəti var. Mütamadi olaraq, həssas kateqoriyalara yardımlar edilir, sosial layihələrdə iştirak edilir, bayramlarda aztəminatlı ailələrə, tənha qocalara, şəhid ailələrinə, əlillərə, xəstələrə pay göndərilir. Həmçinin, müəyyən vaxtdan bir lotoreya kampaniyası təşkil olunur ki, burada da onlarla, yüzlərlə alıcı qalib olub bahalı hədiyyələr qazanır.

Digər satıcılarda isə sosial məsuliyyət yoxdur, onların çox kiçik bir qismi bu işi könüllü görürlər, o da minimum səviyyədə.

Kadr siyasəti və əmək hüquqlarının təminatı

Şəbəkə marketləri mümkün qədər lazımi tələblərə cavab verən işçiləri cəlb etməyə üstünlük verir, onlara təlimlər keçərək peşəkarlaşdırır. Bundan başqa, onların rəsmi əməkhaqqı, sosial sığortası və digər ödənişləri şirkət tərəfindən həll olunur. Məzuniyyət hüququ, mükafatlar, 8 saatlıq iş rejimi və s. üstünlüklər var. Maaş yüksək olmasa da, hər halda adi dükanlarda işləyən satıcıların maaşından üstündür.

Adi dükan-mağazaların çoxunda isə kimi gəldi (ticarət sahəsindən heç bir anlayışı, heç bir satış və müştəri ilə davranış bacarığı olmayan şəxsləri) işə götürürlər. İşçilər çox vaxt qeyri-rəsmi işlədilir. Onların vergi və sosial sığortaları ödənilmir (pensiya hüquqi pozulur), əməkhaqqı aşağı olur, gündəlik iş saatı 12-15 saat təşkil edir, heç bir məzuniyyət hüququndan, əlavə mükafatdan söhbət gedə bilməz, istirahət günləri yoxdur (1 satıcı var, dükan və ya mağaza isə hər gün işləməlidir).

Onlayn satış, çatdırılma, məhsulları və qiymətləri nəzərdən keçrimək imkanı

Şəbəkə marketlərinin öz saytı və tətbiqi olur. Müştərilər istənilən vaxt ora daxil olub, məhsulları, kampaniyaları, qiymətləri nəzərdən keçirə bilir. Beləliklə, heç yerə getmədən müxtəlif mağazalar arasında seçim etmə imkanı olur. Fiziki və ya digər məhdudiyyəti olan şəxslər onlayn sifariş edib məhsulların evinə və ya iş yerinə gətirilməsini təmin edə bilir.

Adi dükan-mağazalarda, bazarlarda isə belə imkanlar yoxdur.

Məhsulların saxlanma şəraiti, yoxlanması və digər satış normaları

Şəbəkə marketlərinin binası, eksteryeri, içindəki qurğular (soyuducular, havalandırıcı sistemlər, stendlər və s.) təlimata və normalara uyğun qurulur. Çünki hər kateqoriya məhsulun öz saxlanma tempraturu var, ona görə də, rəflər və soyuducularda məhsulun xarakterinə görə uyğun tempratur rejimi təşkil olunur. Belə olmasa, məhsullar üzərində yazılmış yararlılıq müddətindən daha tez sıradan çıxmış olar ki, burada da alıcıların sağlamlığına zərər dəyə bilər. Bundan başqa, fərqli təyinatlı məhsullar arasındakı məsafə, şöbələrin düzülüşü standartlara uyğun qurulur. Məsələn, sabun-paraşok və sair kimyəvi maddələr şöbəsi germetik qapalı qablaşdırmada olmayan ərzaq məhsulları şöbəsinə yaxın olmur, arada digər şöbələr təşkil olunur (salfet, məktəb ləvazimatı və s. kimi məhsullar) yerləşdirilir. Bu halda kimyəvi maddələrin iyi və ondan qopan hissəciklər ərzaq məhsullarının üzərinə çökmür.

Adi dükan-mağazalarda isə bütün bu məhsulları sıx çəkildə bir-birinə yaxın olur, ona görə bu mağazalardan spesifik iy gəlir. Üstəlik oradan alınan açıq ərzaq məhsulu artıq çirklənmiş sayılır. Bundan başqa, kiçik dükan və mağazalarda məhsulların saxlanma şəraitinə, tempratur fərqlərinə əhəmiyyət verilmir. Hətta, bəzilərində elektrikə qənaət etmək üçün gecələr soyuducular söndürülür. Bu isə ərzaq məhsullarının artıq ciddi dərəcədə təhlükəli olması deməkdir.

Göründüyü kimi, bütün parametrlərdə şəbəkə marketləri üstündür və belə üstünlüklər nəticəsində müştəri kontintentinin böyük hissəsinin cəlb olunması məntiqli və ədalətli görünür. Bununla belə ədalət naminə deməliyik ki, şəbəkə marketlərində də hərdən müəyyən nöqsanlara rast gəlinir. Məhəllə dükanlarının da cəlbedici xüsusiyyəti var. Onları da nəzərdən keçirək.

Şəbəkə marketlərinin problemləri və adi mağazalara uduzduğu məqamlar

Rəf-kassa qiyməti fərqi nədən yaranır?

Rəf qiymətləri ilə kassa qiyməti arasında bəzən fərqliliklər olur. Bunun əsas səbəbi müştərilərin rəflərdən məhsul götürüb qoyarkən bəzən cüzi sürüşmənin baş verməsidir ki, o məhsul yandakı məhsulun qiymətinin üstünə düşür və alıcılar da çox vaxt yarlıkda yazılan ada, növə, çəkiyə və s. məlumata fikir vermədən götürürlər, nəticədə kassada fərqli qiymət çıxır. Daha bir səbəb isə, ondan ibarətdir ki, bəzən işçilərin səhlənkarlığı nəticəsində qiyməti endirilmiş məhsulların heç də hamısı üçün rəflərdə düzəliş edilmir ki, bu da narazılıq yaradır. Aydındır ki, market şəbəkəsi bunu qəsdən edə bilməz, çünki bir neçə manat qazanc üçün imicini korlamaz, bu imici qazanmaq üçün böyük əziyyət, böyük xərc, böyük vaxt sərf edilib. Lakin bəzən işçi sayının az olması və ya mövcud işçilərin diqqətsizliyi belə halların da baş verməsinə səbəb olur.

Nisyə satış imkanı məhəllə dükanlarının əsas üstünlüyüdür

Adi dükan və mağazaların əsas üstünlüyü nisyə mal satmalarıdır ki, şəbəkə marketlərində bu yoxdur. Nəticədə imkansız əhali qrupu daha çox məhəllə dükanlarından bazarlıq edir və pulu olanda da borcunu ödəyir. Bu halda isə məhsulun keyfiyyəti, istifadə müddəti, qiyməti arxa plana keçir və son nəticədə müştəri uduzur.

Mağazanın yaxınlığı və sürətli satış imkanı

Kiçik məhəllə və yolkənarı mağazalar bütün evlərin, iş yerlərinin yaxınlığında var, lakin şəbəkə mağazaları o sıxlıqda deyil. Bu səbəbdən bir-iki məhsul almaq istəyən şəxs 300-500 metr məsafədə olan iri mağazaya getməkdənsə, yaxındakı kiçik mağazaya üz tutur.

Şəbəkə marketlərində bir məhsulu almaq üçün bir neçə dəqiqə axtarıb tapmalı, sonra kassada növbəyə durub ödəniş etməlisən. Bu təxminən 5-10 dəqiqə vaxt aparır. Lakin müştəri kiçik dükana girən kimi, məsələn 1 çörək götürüb dərhal 50 qəpiyi satıcıya verib uzaqlaşır və buna 1 dəqiqə vaxt sərf olunur.

Göründüyü kimi, şəbəkə marketlərinin də müəyyən çatışmazlıqları və ya adi dükanların da müəyyən üstünlüyü var. Lakin müqayisə apardıqda aydın olur ki, 20 parametr üzrə götürsək azı 18-də şəbəkə marketləri üstündür. Həm də bunlar daha vacib məqamlarda olan üstünlüklərdir.

Lalə Mehralı

Yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see181

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see179

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see131

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see130

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see125

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see125

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see124

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri