Icma.az
close
up
RU
Seçilmiş şairlər “kitab“ından bir vərəq...

Seçilmiş şairlər “kitab“ından bir vərəq...

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Özümə söz vermişəm, uzun yazmayım. Ancaq sözümə həmişə əməl edə bilmirəm. Söhbət başını alıb gedir.

Kimsə danışanda sözünü kəsmirəm. Özüm də özümlə söhbət eləyəndə, öz sözümü kəsmək də çətin gəlir. Həmişə alınmır. Özümlə söhbət - oxucu üçündür. Oxucu hələ varsa...

Yenə deyirəm: keçmişdə yazdıqlarıma görə peşman deyiləm. İndi yazmadıqlarıma və gələcəkdə yazmayacaqlarıma görə peşmanam.

O isə nə yazdıqlarına görə peşmandır, nə yazmadıqlarına görə. Özündən soruşmamışam, amma, məncə, yazmaq istəyib, yazmadıqları yoxdur.

Belə adamlar haqqında bir söz var: möhürünü vurub, sözünü deyib.

Bəlkə də bizə elə gəlir ki, Seyran Səxavət bütün sözlərini deyib, bitirib.

 

Hə, bəzən təkrar-təkrar deyir, bu da normaldır, hətta yaxşıdır. Qanunauyğunluqdur: bircə dəfə deyilən həqiqət "qəzaya" düşüb "həlak olur".

Reklam reklamdır, ən azı otuz üç dəfə təkrarlanmalıdır ki, eşidilsin, görülsün. O da ola fikir, narrtiv, fabula...

Özü də bu barədə deyir: "Adımı yüz dəfə də soruşsalar, yüz dəfə eyni cavabı verəcəm: Seyran".

Odur ki, müxtəlif illərdə yazdığı şeirlərin təkrar - yeni kitabda çap olunması da eyni məntiqdir.

Bu dəfə Seyran Səxavətin SEÇİLMƏMİŞ şeirlərini kitab halında Tovuz Xeyriyyə Cəmiyyəti buraxdı və Ədalət Partiyasında təqdimatını da keçirdi. Mən də ordaydım. Çox maraqlı oldu.

Sözün doğrusu, siyasi partiyanın ofisində ədəbi məclis... nəsə bir az qəribə gəlir. Nə yalan deyim: mənə də belə birtəhər gəlmişdi. Yəqin öyrəşməmişik. Ancaq bu dəfə hər şey fərqli idi: partiyanın qurucusu mərhum İlyas İsmayılov fotodan bizə baxırdı. O həmişə elə dərindən və səmimi baxır ki... Bu baxışlara bir ad qoymaq lazım gəlsə, mən iki kəlmə işlədərdim: "Dərin səmimiyyətlə".

Bir haşiyə çıxım. Bu şəxsiyyət - İlyas İsmayılov özündə hüququ, siyasəti, fəlsəfəni, ədəbiyyatı... üzvi olaraq o qədər mükəmməl birləşdirmişdi ki, adam bəzə heyrətə də gəlir. Amma o, nə Yazıçılar Birliyinin üzv idi, nə də Elmlər Akademiyasının həqiqi üzvü. Hüquq elmləri doktoru, professor İlyas İsmayılov Həqiqət və Ləyaqət Akademiyasının həqiqi üzvü idi.

Yox, belə bir akademiya yoxdur. Ya da düşüncə fəzamızda var. Amma İlyas müəllim, heyf ki, artıq bu dünyada yoxdur. Gəldi, dünyaya sözünü dedi, getdi. Məncə, onu həyatda yaxından tanıyanlar çox şanslıymış. Elə biri Seyran Səxavət, biri də mən...

Seyran Səxavətin ədəbi məclisinə də şanslıların bir qismi toplanmışdı; yer dar olsa da, şükr Tanrıya, ruhsal fəzamız genişdir. Hətta sonsuzdur. Seyran Səxavətin poeziyası da bu sonsuzluğun ədəbi proyeksiyasıdır.

Yeni kitabı "80+20=?" adlanır. Ancaq Seyran Səxavətin nə şair təbi, nə insani cövhəri, nə şəxsiyyət profili bu rəqəmlərin çərçivəsinə sığışmır.

Ümumiyyətlə, poeziya Yerə-Göyə sığışmayan seçilmişlərə Tanrının etibar elədiyi bir taledir. Hər adam şair ola bilmədiyi kimi, şair də "hər adam" deyil.

Seyran Səxavətin bir kitabı belə adlanır: "Seçilməmiş əsərlər". Ancaq özü Tanrının yazdığı SEÇİLMİŞ ŞAİRLƏR "kitab"ının ön səhifələrindən biridir.

Seçilmiş şairin seçilməmiş şeirləri ruhumuza şəfa olsun!

Bahəddin Həzi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Sentyabr 2026 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri