Icma.az
close
up
RU
Seçki mifləri: “Paşinyan getsə, sülh də gedir”…

Seçki mifləri: “Paşinyan getsə, sülh də gedir”…

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan–Ermənistan sülh prosesi tək bir şəxsin, yəni Paşinyanın siyasi taleyi ilə birbaşa bağlı deyil, bu, daha geniş regional və beynəlxalq razılaşmaların nəticəsidir. Paraflanmış sənəd hüquqi baxımdan yekun sülh müqaviləsi sayılmadığı üçün onun tamamlanması və ya davam etdirilməsi siyasi dəyişikliklərdən tam asılı deyil.

Ermənistanda hakimiyyət dəyişikliyi prosesi ləngidə və ya müəyyən istiqamətdə dəyişə bilər, amma sülh gündəliyini avtomatik qüvvədən salmır. Əsas həlledici faktor tərəflərin siyasi iradəsi və razılaşdırılmış öhdəliklərə sadiqliyidir.

Amma bəzi siyasi şərhçilər Azərbaycanla Ermənistan arasındakı sülhün sadəcə Ermənistandakı seçkilərin nəticəsindən asılı olduğu çərçivədə şərh verir.

Sanki iki ölkə arasındakı sülh Paşinyanın siyasi varlığından asılıdır. Və sanki Azərbaycanla Ermənistan arasında paraflanan sülh Paşinyanın seçkidəki məğlubiyyətindən sonra qüvvədən düşəcək.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Əməkdar jurnalist, siyasi şərhçi Bahəddin Həzi Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, o, Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişinin Nikol Paşinyanın siyasi varlığına bağlı olduğunu düşünmür.

“Əlbəttə, baş nazir Paşinyan Azərbaycanla və Türkiyə ilə düşmənçilik xəttindən imtina edilməsi, sülh və tərəfdaşlıq qurulması tərəfdarı kimi çıxış edir, addımlar atır. Seçkiqabağı kampaniyasını da bu istiqamətdə aparır. Ancaq düşünmürəm ki, Paşinyan seçilməsə, bu proses tamamilə dayandırıla bilsin.

Əvvəla, Nikol Paşinyan və onun partiyası bu seçkidən də qalib çıxacaq. O başqa məsələdir ki, parlamentdə konstitusiya çoxluğu əldə edəcək, ya yox?

İkincisi, Nikol Paşinyan bu gün anti-Rusiya xətti yürüdən siyasətçi kimi görünsə də, Rusiyaya Ermənistanın başında ən çox elə Paşinyan sərf edir. Məhz Paşinyan Qərbdən dəstəklənən siyasətçi olaraq, eyni zamanda Rusiyanı həmin Qərbin sanksiyalarından yayındırır. Ermənistanda açıq Rusiyapərəst hakimiyyət bunu təmin edə bilməzdi; dərhal özü də sanksiyalara məruz qalardı” – deyə Bahəddin Həzi bildirib.

Siyasi şərhçinin fikrincə, Rusiya çalışır ki, Ermənistanda elə hakimiyyət olsun ki, o, Qərbçilik göstərsə də, Rusiyadan çox uzağa gedə bilməsin. Ona görə bütün siyasi, media və sair müstəvilərdə gücünü qoyub ki, Paşinyan seçkidən zəif çıxsın və ən azı Rusiya–Ukrayna müharibəsi bitənə qədər Ermənistan Moskvadan qopmağa cəsarət göstərməsin, bu cəsarəti göstərsə də, müxalifət buna imkan verməsin və hökumət öz məqsədinə nail olmasın.

Azərbaycanla normallaşma məsələsinə gəldikdə isə, Bahəddin Həzi deyir ki, Paşinyan uduzsa, Bakı ilə İrəvan arasında sülh sazişi qüvvədən düşməyəcək; sülh prosesi pauza götürsə də, tempi düşsə də, dayanmayacaq. Sadəcə, Moskva bu prosesin moderatorluğunu ələ keçirəcək, onu uzatmağa çalışacaq.

Bahəddin Həzi düşünmür ki, Paşinyan getsə də, bölgədə yeni müharibə olacaq.

Çünki belə olan halda Ermənistanın dövlətçiliyi sual altına düşər, bu isə heç Rusiyanın özünə də sərfəli deyil. Sadəcə, Ermənistan hakimiyyəti Rusiyanın nəzarətinə keçsə, Moskva sülh prosesinin üzərindən həm Azərbaycanı, həm Ermənistanı təsir altında saxlamağa çalışacaq.

ABŞ-ı və Avropa İttifaqını bölgədə əngəlləmək imkanı yaranacaq. Buna görə Moskva bütün resurslarını Ermənistandakı seçkiyə yönəldib: “Doğrudur, Rusiyaya bağlı qüvvələr Moskvanın dəstəyi ilə seçkidən sonrakı qarşıdurma yaratmağa çalışacaqlar. Ancaq bunun da ciddi uğur gətirəcəyinə inanmıram”.

O hesab edir ki, Nikol Paşinyan seçilsə və duruş gətirə bilsə, Azərbaycanla sülh, Türkiyə ilə normallaşma prosesini sürətləndirməli olacaq. Bu prosesi geridönməz hala gətirmək gərəkdir.

“Azərbaycan Ermənistanla iqtisadi tərəfdaşlığın yolunu açmaqla prosesin geridönməzliyinə mühüm töhfə verib. Eləcə də Türkiyə. Eyni zamanda ABŞ administrasiyası bölgədə həm Azərbaycanla, həm Ermənistanla strateji tərəfdaşlıq qurub, Ermənistanın Rusiya vassallığına qayıtmaması üçün gərəkli işləri görəcəklər” – deyə Bahəddin Həzi vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 İyun 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri