Icma.az
close
up
RU
SEÇKİ, YOXSA PARODİYA? Gürcüstan parlamenti “diplomsuz prezident” seçir, xalq etiraz edir AzPolitika onlayn siyasiictimai qəzet

SEÇKİ, YOXSA PARODİYA? Gürcüstan parlamenti “diplomsuz prezident” seçir, xalq etiraz edir AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Gürcüstanda yeni prezident seçilir. İlk dəfədir ki, prezident birbaşa xalq səsverməsilə deyil, “Seçicilər kollegiyası” vasitəsilə seçilir. Lakin nə hazırkı prezident, nə də müxalifət parlamentdə keçirilən səsverməni və ümumilikdə “Seçicilər kollegiyası”nın legitimliyini tanımır. Bu gün səhər saatlarından parlament qarşısında kütləvi etirazlar başlayıb.

Parlamentdə keçirilən seçkidə yalnız bir namizəd var. Bu, hakimikyyətin irəli sürdüyü və “Gürcü arzusu”ndan formal olaraq ayrı olan “Xalqın Gücü” partiyasının nümayəndəsi, eks-futbolçu Mixail Kavelaşvilidir.

“Seçici kollegiyası”na Gürcüstan parlamentinin 150 deputatı, Acarıstan Muxtar Respublikasının Ali Şurasının 21 və Abxaziya Muxtar Respublikasının 20 nümayəndəsi, habelə yerli özünüidarəetmə orqanlarından 109 nəfər daxildir. Gürcü mətbuarının yazdığına görə, bu kollegiyanın 70 faizindən çoxunu “Gürcü arzusu”nun adamları təşkil edir. Müxalifətin parlamentin işini boykot etməsinə baxmayaraq, formal olaraq kollegiyaya müxalifət partiyalarından 61 deputat daxildir. Lakin onlar səsvermədə iştirak etməyəcəklər. Həmçinin, “Abxaz Şurası”nın ən azı iki nümayəndəsi səsvermədə iştirak etməyəcək. Müxalifətin istifadə etmədiyi yerli orqanlardan ayrılan kvotanı “Gürcü arzusu”nun nümayəndələri götürüblər.

Ümumilikdə hakim partiyanın rəsmi olaraq kollegiyada 211 nümayəndəsi var ki, bu da formal olaraq səsvermənin keçirilməsi və prezidentin seçilməsi üçün kifayətdir.

Etirazçılar isə durmadan parlament binası qarşısında toplaşır. Polis hadisə yerinə əlavə qüvvələr cəlb edib. Dünən də paytaxtda müxtəlif sahə və peşə nümayəndələrinin çoxsaylı etiraz aksiyaları keçirilib. Hazırda parlament binası yaxınlığındakı etirazçılara Prezident Salome Zurabişvili də qoşulub. Etirazçılar Kavelaşvilidən ali təhsil diplomu tələb edirlər. Hansı ki, onun ali təhsilinin olmadığı iddia edilir və bu, onun seçilməsini qanunla mümkünsüz edir.


Bundan öncə Gürcüstan Prezidenti Salome Zurabişvili dekabrın 29-da səlahiyyət müddəti başa çatdıqdan sonra Prezident Sarayını tərk etmək fikrində olmadığını bildirib: “Mən heç yerə getmirəm. Mən heç kimi tərk etməyəcəyəm. İnsanlar həmişə bu barədə məndən soruşurlar. Mən burada qalacağam”. Bunu Zurabişvili televiziya ilə çıxışı zamanı deyib. O, bugünkü prezident seçkilərini “parodiya” adlandırıb.

Hakim “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze isə deyib ki, Prezident Salome Zurabişvili “Gürcüstana deyil, xarici qüvvələrə xidmət edib”. O, üzr istəyib ki, son prezident seçkilərində məhz onun partiyası Zurabişvilinin namizədliyini irəli sürüb.

Bu arada “IPM Research”-in sorğusu göstərib ki, hökumət əleyhinə etirazları Gürcüstan cəmiyyətinin azı 65%-i dəstəkləyir.

C.Məmmədov

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Dekabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri