Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Seçkilər İsrailin gələcəyini dəyişəcəkmi? Netanyahu üçün kritik imtahan

Seçkilər İsrailin gələcəyini dəyişəcəkmi? Netanyahu üçün kritik imtahan

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İsraildə siyasi gərginlik fonunda Knessetin buraxılması və oktyabrın 27-də növbədənkənar parlament seçkilərinin keçirilməsi planlaşdırılır. Bu seçkilər ölkə tarixində uzun müddətdən sonra qanunla müəyyən edilmiş müddət çərçivəsində keçiriləcək seçkilər kimi qiymətləndirilir. Baş nazir Binyamin Netanyahu yenidən seçki yarışına qatılacağını açıqlayıb və qələbəyə ümid etdiyini bildirib.Netanyahunun liderliyi ilə keçiriləcək seçkilər İsrailin daxili siyasi balansına təsir göstərə bilərmi, yoxsa təhlükəsizlik məsələləri və regional münaqişələr seçicilərin qərarında əsas amil olaraq qalacaq?Eyni zamanda qarşıdakı parlament seçkiləri İsrailin Qəzza müharibəsi, regional təhlükəsizlik siyasəti və beynəlxalq münasibətlər üzrə gələcək kursunu nə dərəcədə dəyişə bilər?

Beynəlxalq hüquq müdafiəçisi David Seliverstov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qarşıdan gələn seçkilərdə əsas müəyyənedici faktor təhlükəsizlik məsələsi olacaq.

“İsrail cəmiyyəti uzun müddətdir davam edən müharibə şəraitində yaşayır və belə dövrlərdə seçicilər adətən ilk növbədə dövlətin təhlükəsizliyini təmin edə biləcək siyasi qüvvələrə üstünlük verirlər. Bununla yanaşı, iqtisadi vəziyyət, girovların taleyi, daxili siyasi sabitlik və hökumətin böhranı idarəetmə bacarığı da seçici qərarına ciddi təsir göstərəcək.

Mənim proqnozuma görə, seçkilərdən sonra hökumətin tərkibi dəyişsə belə, İsrailin milli təhlükəsizlik siyasətində köklü dönüş baş verməyəcək. Dəyişikliklər daha çox idarəetmə üsullarında və diplomatik yanaşmalarda özünü göstərəcək”, - deyə o qeyd edib.

David Seliverstovun sözlərinə görə, parlament seçkiləri İsrailin Qəzza siyasətinə və beynəlxalq münasibətlərinə müəyyən taktiki düzəlişlər gətirə bilər, lakin ölkənin əsas strateji xəttinin dəyişməsi gözlənilmir.

Onun fikrincə, İsrail üçün milli təhlükəsizlik, terrorizmlə mübarizə, İran amilinə münasibət və strateji tərəfdaşlarla əməkdaşlıq dövlət siyasətinin uzunmüddətli prioritetləri olaraq qalacaq.

Ekspert hesab edir ki, yeni hökumət beynəlxalq təzyiqləri və regional reallıqları nəzərə alaraq daha çevik diplomatik addımlar ata bilər. Lakin təhlükəsizlik məsələləri yenə də siyasi qərarların əsas istiqamətini müəyyən edəcək.

“Bu seçkilər İsrailin siyasi kursundan daha çox həmin kursun hansı siyasi komanda tərəfindən və hansı idarəetmə modeli ilə həyata keçiriləcəyini müəyyən edəcək”, - deyə David Seliverstov bildirib.

O, həmçinin Binyamin Netanyahunun uzun illər ərzində təhlükəsizlik və dövlət idarəçiliyi sahəsində topladığı siyasi təcrübənin cəmiyyətin mühüm hissəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

“Şəxsi proqnozuma görə, seçicilərin əhəmiyyətli hissəsi mövcud regional təhlükəsizlik çağırışlarını nəzərə alaraq yenidən sabitliyə və təcrübəyə üstünlük verəcək. Bu baxımdan, Likud Partiyasının seçkilərdə güclü nəticə göstərmək və qələbə qazanmaq ehtimalını yüksək qiymətləndirirəm. Bununla belə, yekun nəticəni İsrail seçicilərinin azad iradəsi və formalaşacaq koalisiyanın tərkibi müəyyən edəcək”, - deyə o fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 İyul 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri