Icma.az
close
up
RU
Sedat Pekərin Bakıda restoran açması iddiasına REAKSİYA

Sedat Pekərin Bakıda restoran açması iddiasına REAKSİYA

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Xəbər verdiyimiz kimi, bir gün əvvəl türkiyəli müğənni Rıza Tamer Bakıda "Bihter" restoranında keçirilməsi planlaşdırılan konsertini ləğv edib. O, buna səbəb kimi Türkiyə lirəsinin Azərbaycanda keçərli olmamasını göstərib.

Müğənni növbəti açıqlamasında konsertin baş tutmalı olduğu məkanın - “Bihter” restoranının Sedat Pekərə məxsus olduğunu iddia edib. O, hətta bu səbəbdən təhdid zəngləri aldığını da deyib.

Maraqlıdır, Rıza Tamerin iddiaları nə dərəcədə doğrudur? “Bihter” restoranı həqiqətən Sedat Pekərə məxsusdurmu?

Məsələ ilə bağlı “BihterBaku” restoranı ilə əlaqə saxladıq. Restoranın adını açıqlamayan əməkdaşı Bakupost.az -a açıqlamasında bildirdi ki, Tamerin son videoda səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir:

“Rıza Tamer ağzına gələni danışır, dəlidir. Vallah-billah, işin doğrusu birinci paylaşdığı videoda dediyi kimidir. Sadəcə olaraq, konserti ləğv etdiyi və səsləndirdiyi fikirlərər görə sərt tənqid olunduğundan artıq bilmir nə bəhanə etsin".

Restoran əməkdaşı qeyd etdi ki, Rıza Tamerin adını çəkdiyi Sedat Peker ilə heç bir əlaqələri yoxdur:

“Sedat Pekəri Yutubdan başqa heç yerdə görməmişəm. Bizim Tamerə təklif etdiyimiz məbləği isə kommersiya sirridir. Sadəcə, müğənninin meneceri və şirkət şəxsən mənim özümə dedi ki, əgər zəng gəlsə, kimsə Rıza Tameri ad gününə, bir məclisə və s. çağırsa, birbaşa 50 min dollar de. Bu, onlar tərəfindən deyilən sözdür, biz tərəfdən deyil. Onun konserti ləğv etməsi birinci dəfə deyil. Təsəvvür edin, Türkiyədə 18 konserti ləğv edib. Rıza Tamer bir qadın düşmənidir. Adamın qadınları görəsi gözü yoxdur”.

Qeyd edək ki, Sedat Peker Türkiyədə xeyli dərəcədə məşhur olan iş və cinayət dünyasının nüfuzlu şəxslərindən biridir. Lakin eyni zamanda siyasətdə və ictimai sektorda kifayət qədər məşhur və adı qalmaqallara səbəb olan biridir.

Zaman-zaman qalmaqallı açıqlamaları ilə gündəmə gələn Sedat Peker 1971-ci ildə Türkiyənin Sakarya vilayətində dünyaya gəlib. Ailəsi əslən Rizə vilayətindəndir. Peker uzun müddət Almaniyada yaşayıb, milliyyətçi cameə içərisində olub. Almaniyada və Türkiyədə avtomobil ticarəti ilə məşğul olub. 1997-ci ildə Rizədə Abdullah Topçu adlı qaçaqmalçının öldürülməsində ittiham olunsa da, məhkəmədə bəraət alıb. 1998-ci ildə S.Peker reketlik, qətl təşkil etmək və daha bir çox cinayətlərdə ittiham olunaraq axtarışa verilib. Həmin vaxt Rumıniyada olan Peker Türkiyəyə gəlib və 12 tərəfdarı ilə birlikdə mühakimə olunub. Ancaq bir il çəkən prosesdən sonra Peker azad edilib. Bu müddətdə Peker 8 ay həbsdə qalıb.

Sedat Peker bir də 2005-ci ildə İstanbulda Qaçqamalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə polisinin keçirdiyi “Kəpənək əməliyyatı” nəticəsində həbs olunub. 2007-ci ildə məhkəmə Pekeri 14 il azadlıqdan məhrum edir. Onun barəsində daha bir səs-küylü məhkəmə prosesi cinayətkar təşkilat qurmaq, iş yerinə silahlı basqın, yaralama, azadlıqdan məhrum etmə, qarət və saxta pasportdan istifadə kimi cinayətlərlə bağlı olub.

Bundan başqa, “Ergenekon” prosesində “silahlı terror təşkilatı qurmaq” ittihamı ilə mühakimə olunub. Bu prosesdə “Kəpənək əməliyyatı” işinə görə yenidən mühakimə olunub və cəzası daha 15 ay artırılıb. 2013-cü ildə isə İstanbul 13-cü Ağır Cinayətlər Məhkəməsi “Ergenekon” prosesində Pekerə 10 il həbs cəzası verib. Lakin bir il sonra bu cəza həbsdə olduğu müddət 5 ili keçdiyi üçün ləğv olunub.

Ancaq bütün bu dalbadal məhkəmə proseslərinə baxmayaraq, Peker həm də xeyriyyəçi iş adamı kimi fəaliyyət göstərib. Kocaeli Spastik Əlillər Dərnəyi və Erkən Doğulmuş Uşaqların Qorunması Dərnəyi kimi qurumlara yardımları ilə gündəmə gəlib. 2015-ci ildə Ruhi Xəstələrin Reabilitasiyası Fondu tərəfindən “yardımsevər iş adamı” kimi mükafatlandırılıb. 2015-ci ildə Suriyanın Türkmən Dağı bölgəsində yaşayan türkmənlərə yardımları ilə yenidən medianın gündəminə gəlib. 2015-ci ilin noyabrında Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi Dünya Qarapapaq Türkləri festivalında Pekerə “Türklük Xaqanı” adı verilib.

2008-ci ildə Özge Yılmaz adlı qadınla ailə qurub. Bu nikahdan Sərdar Han Peker, Boğaçhan Talha Peker, Celal Han Peker, Filiz Lina Peker adlı uşaqları anadan olub.

Peker son illərdə tez-tez Türkiyə hakim partiyası, xüsusən də prezident Ərdoğana dəstək verməsi ilə gündəmə gəlib. Hər dəfə seçkilər öncəsi çağırış edən Peker hakimiyyətə səs verməyə çağırır.

Onu da qeyd edək ki, "Bihter" restoranı 2024-cü ilin payızında fəaliyyətə başlayıb.

Lalə, BakuPost




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:491
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 Avqust 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri