Icma.az
close
up
RU
Sədr əl çəkir, həmsədr isə inad göstərir...

Sədr əl çəkir, həmsədr isə inad göstərir...

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ATƏT-in ölü doğulmuş Minsk qrupu ilə bağlı son qərarı Rusiya verəcəkmi?

Bu, həmin Rusiyadır ki, Minsk qrupunun üç həmsədrindən biri kimi 30 ilə yaxın müddətdə tərəflər arasında silahlı qarşıdurma həddinə çatmış ərazi probleminin dinc yolla həllinə nail olmaq əvəzinə, danışıqlar prosesinin bütün mərhələlərində ermənilərə gizlincə dəstək vermiş, Cənubi Qafqazda gecpartlayan “barıt çəlləyi” kimi düşündüyü Qarabağ münaqişəsini uzun müddətə konservləşdirməkdən ötrü hər cür oyundan çıxmışdır. İndi bölgədə təsir dairəsi kiçilən, sülh prosesindən kənarlaşdırılan Moskva Ermənistan və Azərbaycan arasında yekun sülhə, deməli, sabitliyə və əməkdaşlığa səbəb olacaq sazişin imzalanmasına hər vəchlə mane olmağa çalışır. Keçmiş həmsədrin əl atdığı belə cəhdlərdən biri də ATƏT-in Minsk qrupunun ləğvini ləngitməkdir. Hətta ATƏT sədrinin dəftərxanası Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin məlum birgə müraciətinə pozitiv yanaşdığını, sentyabrın 1-də bu məsələyə baxılacağını rəsmən elan etsə də, həmsədrlərdən biri cığallığından əl çəkmək istəmir.

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Likaşeviç Minsk qrupunun nə vaxt ləğv olunacağı ilə bağlı açıqlama verib. Moskvanın Avropanın bu qurumdakı elçisinin bəyanatına keçməzdən övvəl onu qeyd edək ki, 30 ildən artıq müddətdə Qarabağda “sülhyaratma” misiyası ilə səmərəsiz məşğul olan bu qrup 3 ildir ki, faktiki olaraq işləmir. Bu qrupun arxivə göndərilməsi yubanır...

ARAYIŞ: Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-ə əsaslanan formatdır. 1990-cı illərin əvvəllərindən fəaliyyət göstərir. Onun üç həmsədri var idi: Rusiya, ABŞ və Fransa. Bundan başqa, daimi üzvlər: Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Türkiyə, Finlandiya və İsveç. Qrupun vəzifəsi Bakı və İrəvan arasında dinc danışıqları təmin etmək, onlara sülh sazişi bağlamaqda kömək göstərmək, sonra isə regionda ATƏT-in sülhməramlı qüvvələrini yerləşdirmək olub. Həmsədrlərin sonuncu birgə bəyanatlarını 7 dekabr 2021-ci il tarixdə veriblər. 2022-ci ildən Minsk qrupu faktiki olaraq fəaliyyətsizdir.

***

“Rusiya Azərbaycan və Ermənistanın Qarabağ münaqişəsinin həllində iştirak etmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun ləğvi ilə bağlı birgə qərarını dəstəkləyir”. Bunu mediaya Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib. Onun sözlərinə görə, Minsk qrupunun 2025-ci ilin dekabrına qədər ləğv edilməsi planlaşdırılır.

A.Lukaşeviçin açıqlamasından məlum olur ki, söhbət üç qurumun – Minsk qrupunun, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səlahiyyətlərinin və yüksək səviyyəli planlaşdırma qrupunun işinin dayandırılmasından gedir. Prosesi beynəlxalq hüquq baxımından şərh edən rusiyalı diplomat “tərəflərin ATƏT-in məlum qurumlarının saxlanmasının məqsədəuyğun olmaması ilə bağlı mövqeyini nəzərə alsaq, onların ləğvinin qarşısını almaq üçün heç bir əsas görmürük” desə də yekun qərarın vaxtının uzadılmasının səbəbini o qədər də ağlabatan tərzdə oxucuya çatdırmağı bacarmayıb.

Xatırladaq ki, avqustun 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı qərarın sentyabrın 1-də mərkəzi ofisə veriləcəyini bildirib. Onun sözlərinə görə, bu mexanizm uzun müddətdir ki, faktiki olaraq sülh prosesindən çıxarılıb. Minsk qrupunun buraxılması Azərbaycanın Ermənistanla sülh sazişi bağlamaq üçün irəli sürdüyü iki şərtdən biridir.

Digər şərt isə ondan ibarətdir ki, Ermənistan “Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə iddiaları” aradan qaldırmaq üçün öz konstitusiyasına dəyişiklik etməlidir. Onu da yada salaq ki, C.Bayramov və onun erməni həmkarı A.Mirzoyan avqustun 8-də Vaşinqtonda Minsk qrupu ilə bağlı ATƏT-ə birgə müraciət imzalayıb, avqustun 11-də isə qurumun ünvanına göndəriblər.

***

İndi Kremlin ATƏT-dəki daimi nümayəndəsi A.Lukaşeviç deyir ki, Minsk qrupunun ləğvi proseduru aşağıdakı formada həyata keçirilməlidir: ATƏT-in Daimi Şurası (siyasi məsləhətləşmələr üzrə əsas qərar qəbul edən orqan) təşkilatın üzvlərinə bu məsələ ilə bağlı nazirlərin qərarını təsdiqləməyi “sakit şəkildə razılaşdırmağı” tövsiyə edib; sentyabrın 1-dək qrupun buraxılmasına heç kim etiraz etməzsə, qərar qəbul edilmiş hesab oluna bilər. Ardınca rus diplomat qeyd edir: “Amma nəzərə almaq vacibdir ki, bu qərarın icrası ilə bağlı inzibati və maliyyə tədbirlərinin həyata keçirilməsi bir neçə ay çəkəcək. ATƏT bu ilin dekabrından gec olmayaraq onların başa çatdırılmasını gözləyir. Bundan sonra Dağlıq Qarabağ nizamlanmasının asanlaşdırılmasına cavabdeh olan hər üç struktur öz fəaliyyətini dayandırmalıdır”.

Beləliklə, ATƏT-in Minsk qrupunun həmsədri Rusiyanın bu qurumdakı təmsilçisi demək istəyir ki, son qərar, ən yaxşı halda, 4 aydan sonra xarici işlər nazirlərinin illik toplantısında qəbul edilə bilər. Böyük müddət deyil, gözləyərik. Təki ilin sonuna qədər Moskvada təzə “velosiped icad eləməsinlər”.

Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri

– Məsələnin hüquqi tərəfi ondan ibarətdir ki, ATƏT-də bütün qərarlar konsensus əsasında qəbul olunur. Əgər hər hansı ölkənin etirazı varsa, deməli, qərar qəbul edilmir. Bəli, İrəvan və Bakı Minsk qrupunun ləğvi ilə bağlı ATƏT birgə müraciət ünvanlayıb. Sentyabrın 1-də bu məsələyə baxılacaq. Amma ortaya belə bir sual çıxır ki, Rusiya nəyə görə qərarın ilin sonunda, dekabr ayında veriləcəyini açıqlayıb? ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü yüksək statuslu toplantı hesab olunur. Belə görüşlər bir qayda olaraq dekabr ayında baş verir. Elə büdcə məsələləri də həmin toplantılarda müzakirəyə çıxarılır. Bundan başqa, hər həftənin üçüncü günü ATƏT-dəki xarici ölkələrin səfirləri səviyyəsində görüşlər təşkil edilir. Ola bilsin ki, o görüşdə bizim müraciətimizə baxılsın. Əgər biz sentyabrın 1-də müraciətimizi onlara çatdırsaq, ATƏT tərəfindən qəbul edilsə də, maliyyə, büdcə ilə bağlı yekun qərar konsensus formada verilir.

Rusiyanın qurumdakı daimi nümayəndəsinin dediyi kimi, ortada baxılacaq 3 məsələ var. Birincisi, ATƏT-in Minsk qrupudur. İkincisi, ATƏT sədrinin bölgə üzrə xüsusi nümayəndəlik institutu var. Doğrudur, xüsusi nümayəndə Andjey Kasprşik artıq neçə ildir ki, heç bir fəaliyyət göstərmir. O, formal olaraq kağız üzərində qalıb. Bir də yüksək səviyyəli planlama qrupu mövcuddur. Belə başa düşürəm ki, bunların hamısı rəsmi şəkildə xarici işlər nazirlərinin dekabrda baş tutacaq görüşündə öz həllini tapacaq.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

– Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir müddət bundan əvvəl demişdi ki, Minsk qrupu artıq heç bir effekt vermir. Yəni, Qarabağ problemi həll olunub, məsələ bağlanıb və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Artıq vəziyyət dəyişib. Bakı və İrəvan ABŞ Prezidenti Donald Trampın moderatorluğu ilə Vaşinqtonda sülh sazişini parafladılar. Təbii ki, bundan sonra Rusiyanın mövqeyində müəyyən dəyişiklik baş verdi. O səbəbdən ki, Moskva faktiki olaraq sülh danışıqları prosesindən uzaqlaşdırılıb. Onun vasitəçilik etmək səlahiyyəti sıfıra bərabərdir. Digər tərəfdən, Kreml belə hesab edir ki, əgər o, müharibənin sona çatmasını təsdiqləyən 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatın həmmüəlliflərindən biridirsə, gərək prosesdə axıra qədər iştirak edəydi. Məsələnin başqa tərəfi ondan ibarətdir ki, Azərbaycan–Rusiya münasibətləri kifayət qədər gərgindir. Hamıya aydındır ki, bunun səbəbkarı Azərbaycan deyil. Münasibətlərdəki bu gərginlik atmosferi Kremlin siyasi kursuna da öz təsirini göstərir.

Mənə elə gəlir ki, Moskva əlindən gələni edəcək ki, ATƏT-in Minsk qrupunun ləğv olunması prosesi ləngisin. Bundan ötrü gətirəcəyi bəhanələrin hamısı əsassız olacaq. Onsuz da gec-tez bu qrup ləğv ediləcək. Onun fəaliyyəti de-fakto başa çatıb. Əlbəttə, bu məsələdə Rusiyanın bu cür davranışının yalnız bir səbəbi var ki, o da bizə bəllidir. Guya, bu üsulla sülh prosesində özünün də rolunun böyük olduğunu göstərməyə çalışacaq. Düşünürəm ki, Kremlin vasitəçilikdən tamamilə uzaqlaşdırılması fəsadsız ötüşməyəcək.

Onu da qeyd edim ki, Qarabağı könüllü şəkildə tərk edən ermənilər Minsk qrupunun saxlanılması tələbi ilə ATƏT sədrinə müraciət göndəriblər. Təbii ki, bunun özü də Ermənistandakı rusiyayönlü qüvvələr tərəfindən təşkil olunan aksiyadır.

İmran BƏDİRXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Avqust 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see325

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see260

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see226

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see224

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see223

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see192

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see183

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see181

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see181

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see180

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see176

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see176

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see175

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see171

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see170

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see169

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see167

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see163

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see161

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri