Icma.az
close
up
RU
Sədr: İqlim Skaneri potensial ekoloji audit mövzularının müəyyənləşməsinə imkan verəcək

Sədr: İqlim Skaneri potensial ekoloji audit mövzularının müəyyənləşməsinə imkan verəcək

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İqlim Skaneri potensial ekoloji audit mövzularının müəyyənləşməsinə imkan verəcək".

Oxu.Az xəbər verir ki, bunu bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatası və Ali Audit Orqanlarının (AAO) Beynəlxalq Təşkilatı olan INTOSAI-ın təşkilatçılığı ilə "Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? - İqlim Skaneri qiymətləndirməsinin nəticələri" adlı tədbirdə Hesablama Palatasının sədi Vüqar Gülməmmədov deyib.

O qeyd edib ki, ali audit orqanları tərəfindən iqlim fəaliyyətinə töhfənin verilməsi istiqamətində ən vacib addımlardan biri INTOSAI-a hazırda sədrlik edən Braziliya Federal Hesablama Məhkəməsi, INTOSAI-ın Ətraf Mühitin Auditi üzrə İşçi Qrupu ilə birlikdə ekspertlərin və beynəlxalq təşkilatların (BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (UNDESA), Dünya Bankı, BMT-nin İnkişaf Proqramı (UNDP) və s.) dəstəyi ilə İqlim Skaneri adlı təşəbbüsünün hazırlanmasıdır.

Sədr bildirib ki, İqlim Skaneri aləti vasitəsilə bu təşəbbüsə qoşulan 141 ölkənin Ali Audit Orqanı tərəfindən iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində hökumət tərəfindən görülən işlərin, o cümlədən, milli və beynəlxalq səviyyədə qəbul edilmiş öhdəliklərin icrası vəziyyətinin qiymətləndirilməsi aparılır.

İqlim fəaliyyəti sahəsində aparılan auditlər zamanı çıxan əsas çağırışlar açıqlanıb.

Tədbirdə çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov iqlim fəaliyyəti sahəsində aparılan auditlər zamanı ortaya çıxan çağırışlara toxunub.

O bildirib ki, onların bir hissəsi audit institutu ilə, bir hissəsi isə auditin keçirildiyi mühitlə əlaqəlidir və bunların əksəriyyəti bütün ölkələrin AAO-ları üçün aktualdır.

Sədr əsas çağırışlar arasında:

- iqlim fəaliyyəti ilə bağlı məlumatların çeşidi və vaxtında təqdim edilməsindəki problemləri;

- iqlim maliyyəsi ilə bağlı yaxşı hesab olunacaq təcrübə sayının azlığını;

- yaşıl büdcə ilə bağlı nəzəriyyə və praktik tətbiq arasında fərqlərin müşahidə edilməsini;

- iqlimlə bağlı audit standartlarının inkişaf mərhələsində olmasını;

- auditorlarda bu sahə üzrə xüsusi bilik və bacarıqlara yiyələnməklə bağlı ehtiyacı;

- audit proseslərinə Dayanıqlı İnkişaf Məqsədlərinin daxil edilməsi şəraitində hökumət əsaslı auditlərin sayının artımı üçün zərurətin yaranmasını xüsusi vurğulayıb.

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Noyabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri