Icma.az
close
up
RU
Sədr müavini: Azərbaycan turizm sektoru Çin bazarına uyğunlaşmanı sürətləndirir Açıqlama

Sədr müavini: Azərbaycan turizm sektoru Çin bazarına uyğunlaşmanı sürətləndirir Açıqlama

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 avqust, AZƏRTAC

Azərbaycan turizm sənayesi Çin bazarında mövqelərini gücləndirmək istiqamətində mühüm addımlar atır. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən həyata keçirilən “China Ready” proqramı çərçivəsində ölkəmizdə genişmiqyaslı fəaliyyətlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Rəşad Əliyev bildirib.

Rəşad Əliyev qeyd edib ki, proqram daha əvvəl dünyanın 53 ölkəsində tətbiq edilib və indi Azərbaycanda uğurla icra olunur.

“Layihə iki əsas istiqaməti əhatə edir. Birinci mərhələ çinli turistlər üçün turizm destinasiyalarının hazırlığını qiymətləndirməyə yönəlib. Bu məqsədlə audit prosesi başlayıb və yaxın günlərdə yekunlaşacaq. Audit çərçivəsində turizm infrastrukturu, otellər, restoranlar, kafe və muzeylər də daxil olmaqla müxtəlif obyektlər qiymətləndirilir. Prosesin sonunda mütəxəssislər Çinli turistlərin daha rahat qəbul edilməsi üçün təkliflər təqdim edəcək.

Proqramın ikinci mərhələsi isə təlimlərdən ibarətdir. Hazırda 100-dən çox sənaye nümayəndəsi üçün təlimlər keçirilir. Təlimlərdə Çin bazarının xüsusiyyətləri, çinli turistlərin səyahət vərdişləri, üstünlükləri və məmnuniyyət səviyyəsini artırma yolları barədə məlumatlar verilir. Təlimi uğurla başa vuran iştirakçılar sertifikat alacaq və bir il ərzində mütəmadi olaraq bazarla bağlı yenilənmiş məlumatlara çıxış əldə edəcəklər.

İlin ikinci yarısında “China Ready” proqramı çərçivəsində ikinci onlayn seminarın və regional turizm mərkəzlərində praktiki sessiyaların təşkili nəzərdə tutulur. Bununla yanaşı, Çin dilini bilən peşəkar bələdçilərin hazırlanması istiqamətində də işlər gedir. Hazırda 100-dək bələdçi bu proqramdan yararlanır, həmçinin yerli universitetlərin Çin dili fakültələrinin tələbələri ilə əməkdaşlıq qurulur”, - deyə R.Əliyev əlavə edib.

Rəşad Əliyev qeyd edib ki, bütün bu tədbirlər Azərbaycanın turizm sənayesinin Çin bazarına daha yaxşı inteqrasiyasına və ölkəyə gələn çinli turistlərin məmnuniyyət səviyyəsinin artırılmasına xidmət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see160

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see149

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see144

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see138

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see134

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri