Sədr müavini: “Azərkosmos”un müsabiqələrində iştirak üçün layihələrin sayı 1000i keçib AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 27 noyabr, AZƏRTAC
2016-cı ildən bugünədək Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən artıq 8-ci dəfə keçirilən müsabiqədə hər il təqdim olunan layihələrin sayı artır. Bu il “Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinə 382 nəfər iştirak üçün müraciət edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərkosmos”un sədr müavini Dunay Bədirxanov Bakıda keçirilən “Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinin təltifetmə mərasimində deyib.
“Müsabiqənin münsiflər heyəti tərəfindən iştirak üçün qəbul olunmuş 252 layihədən 52-si final mərhələsinə yüksəlib. Bu il layihələrin mövzusu iqlim dəyişikliyi, elm və texnologiyaların inkişafı, qeyd olunan sahədə innovasiyaların tətbiqi olub. Yer səthinin məsafədən müşahidəsinə “Azərkosmos” tərəfindən 2014-cü ildən başlanılıb. Çox sevindirici haldır ki, bu gün “Azərkosmos”un müsabiqələrində iştirak üçün layihələrin sayı 1000-i keçib. Müraciət edənlərin əksətiyyəti gənclərdir. Bu kosmik layihələrin çoxu BMT-nin dayanıqlıq hədəflərinə öz tövhəsini verir”, - deyə Dunay Bədirxanov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 27 Noyabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















