Şəfa nın baş məşqçisi: Çoxsaylı qol fursətləri yaratmağımız yaxşı bir haldır
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Birinci Liqada çıxış edən "Şəfa"nın baş məşqçisi Elgiz Kərimlinin Sport24.az-a müsahibəsi
- Çempionata qələbə ilə başladınız...
- Çempionatın ilk oyunları rəqibin kimliyindən asılı olmayaraq, həmişə gərgin keçir. "Şimal"la oyun bizim üçün heç də asan keçmədi. Lakin çempionatin startında qələbə qazandıq deyə psixoloji cəhətdən komandaya yaxsi təsir etdi.
- İlk oyunda futbolçulardan istədiklərinizi ala bildiniz?
- İstəyimiz topa daha çox nəzarət edib dominant futbol oynamaq idi. Oyuna nəzarət etməyi bacardıq. Rəqibin müdafiədə çox kompakt oynamasına baxmayaraq, çoxsaylı qol fursətləri yaratmağımız yaxşı bir haldır. Qısacası, görmək istədiyiniz oyunu görə bildik.
- Yeni transferlərin oyunundan razı qaldınız?
- Yeni transferlər təcrübəli və keyfiyətli futbolçular olduqları üçün komandaya uyğunlaşma prosesində problem yaşamadılar. Hər birindən gözləntilərimiz çoxdur və ilk turdakı oyunundan razı qaldıq.
- Qarşıdakı rəqib "Zaqatala"dır. Gözləntiləriniz necədir?
- "Zaqatala" köklü və təcrübəli rəqibdir. Ev oyunlarında çox əzmkar olurlar. Bunun üzərinə yeni keyfiyətli futbolçular transferler ediblər. Deyərdim ki, çempionatın ən ağır oyunu məhs bu komandaya qarşı səfərdə oynamaq olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 18 Sentyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















