Icma.az
close
up
RU
“Şəfa” “Şahdağ Qusar”: Bir oyundan daha artığı

“Şəfa” “Şahdağ Qusar”: Bir oyundan daha artığı

Icma.az bildirir, Apasport portalına istinadən.

Ötən gün futbol üzrə Azərbaycan II Liqasında mövsümün mərkəzi oyunu baş tutdu.

“Şəfa” “Şahdağ Qusar”ı qəbul etdi. Paytaxt təmsilçisi çempion olmaq üçün 3 xal geri qaldığı rəqibi məğlub etməliydi. Görüş 0:0 hesablı bərabərliklə nəticələndi. Bununla da...

...yeni rəqabətin əsası qoyuldu
Azərbaycan futbolunda nəhayət ki, aşağı liqalarda da rəqabət, iki komanda arasında soyuq, lakin meydanda olduqca gərgin münasibətlər yaranmağa başladı. Hansı tərəfdən baxırsınız baxın, amma bu, futbol üçün gözəl bir şeydir. Fərqli şəhərləri təmsil edən komandalar olsalar belə, artıq həmin görüşlər derbi adlana bilər. “Şahdağ Qusar”ın ilk oyunda “Şəfa” azarkeşlərindən bilet tələb etməsinə paytaxt təmsilçisinin cavabı maraqlı alındı. “Şəfa” ev matçında qonaq fanatlar üçün ayrılan sektorun biletlərinin qiymətini 10 manat təyin etdi. 

...tribunalarda futbol ab-havası hiss olundu
Biletlərin belə yüksək qiymətə satılmasına baxmayaraq, qusarlı azarkeşlər komandalarını tək buraxmadılar. Qusardan 50 avtobus fanat “Şahdağ” üçün Bakıya gəldi. Şimallılar komandanı özlərinəxas atributlarla, ləzgi xalqına məxsus xüsusi geyimlər, papaqlarla dəstəkləyirdilər. Eyni zamanda qarşı tribuna da rəngarəng idi. “Şəfa” azarkeşləri bayraqlar, pankartlarla oyuna maraq qatmağı bacarmışdılar.

...II Liqa klubu bilet satışından ciddi qazanc əldə etdi
Bilet mövzusundan söz düşmüşkən, burada qeyd olunmalı daha bir məsələ var. Yuxarıda qeyd etdiyim kimi, qonaq tribunasının biletlərinin qiymətləri 10 manat təşkil edirdi. Təxminən 2000 qusarlı azarkeşin matça gəldiyini nəzərə alsaq, qazanc 20.000 manat edir. AFFA II Liqa klublarına mövsüm üçün 50.000 manat verir. Bir oyundan bu vəsaitin təxminən yarısını qazanmaq isə uğurlu marketinq işidir. Hətta Premyer Liqa klublarının bilet satışından bu qədər qazanc əldə etməsi real deyil.

...“ASK Arena”nın ilk sahibi qayıtdı
Uzun zamandan sonra “ASK Arena”da dolu tribunalar qarşısında futbol izlədik. Stadionun adının “Şəfa” və ya “İnter Arena” olan zaman bunun çox şahidi olmuşduq. Lakin ad dəyişdikdən sonra xeyli müddətdir ki, həmin arena futbola ac qalmışdı. Nəhayət ki, stadionun ilk adının sahibi olan komanda yenidən yaşıl meydanlara qayıtdı və təbii ki, öz doğma arenasında oynamağa başladı. Hələ uzun illər burada gərgin mübarizələr izləyəcəyimizə ümid edirəm.

...Premyer Liqa oyunları unuduldu
Sözün həqiqi mənasında, “Şəfa” – “Şahdağ Qusar” matçı Premyer Liqanı unutdurmağı bacardı. Azarkeşlər və media nümayəndələri “Qarabağ” – “Sumqayıt” matçına gecikməyi gözə alaraq, bu görüşə üstünlük verdi. Nəticə etibarilə hər kəs də seçimindən məmnun qaldı. 

...nostalji hislər yaşandı
Görüş həmçinin televiziya vasitəsilə də canlı yayımlandı. Matç “İdman TV”də futbol izləyicilərinin xidmətinə təqdim olundu. Görüşü isə Rəşad Rafiqoğlu şərh etdi. Matçı televiziyadan izləyənlər bir anlıq 2010-cu illərin əvvəlinə qayıtdı. Gözümüzün önündə Kanales, Flavinyo, Uinston Parks, Giorgi Adamiya, Çumbinyo, Reynaldo kimi futbolçular canlandı.

Azər Bağırov: “Son məğlubiyyətlərə səbəb budur” Tanzaniyadan böyükhesablı qələbə Gimnastımızdan qızıl medal “Sabah” Çempionlar Liqasında mübarizəni dayandırdı “Zirə”nin futbolçusu: “Şans üzümüzə gülmədi”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:326
embedMənbə:https://apasport.az
archiveBu xəbər 05 May 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri