“Şəfa” toplanışı məğlubiyyətsiz bitirdi
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Şəfa” yay təlim-məşq toplanışı çərçivəsində son yoxlama matçlarını keçirib.
Futbolpress.az xəbər verir ki, bir gün ərzində iki görüş baş tutub.
İlk oyunda rəqib “Neftçi-2” olub. “Neftçi” Futbol Mərkəzində təşkil edilən qarşılaşmada “Şəfa” 2:1 hesabı ilə qalib gəlib. Görüşdəki qollara Elmir Tağıyev və Elnur Cəfərov imza atıblar.
Paralel keçirilən digər sınaq matçı “Qarabağ-2” ilə reallaşıb. “Bank Respublika Arena”nın ehtiyat meydançasında baş tutan görüş “Şəfa”nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nahid Əliyev, Musa Queli və Nihad Quliyev qolların müəllifi olublar.
Eyni vaxtda baş tutan hər iki oyunda məşqçilər iki fərqli heyəti sınaqdan keçirib.
Bununla da “Şəfa” təlim-məşq toplanışı çərçivəsindəki oyunları məğlubiyyətsiz tamamlayıb. Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv digər sınaq matçlarında “Araz-Naxçıvan”a qalib gəlib (2:0), “İmişli” (2:2) və “Qəbələ” (1:1) ilə heç-heçə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 26 Avqust 2026 00:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















