Icma.az
close
up
RU
Şəfalanma , yoxsa qapazlanma seansı? Saxta yaşam kouçları nı hansı cəza gözləyir?

Şəfalanma , yoxsa qapazlanma seansı? Saxta yaşam kouçları nı hansı cəza gözləyir?

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda psixoloq olduğu iddia olunan xanımın keçirdiyi seans müzakirə mövzusuna çevrilib. "Şəfalanma" adlandırılan seansda iştirak edənlərə xəstə paltarı geyindirilib.Onlardan bəziləri əsə-əsə, bəziləri isə yerə yıxılaraq ağlayıb. Bu üsulun keçmişdən qalan travmaları sağaldacağı bildirilib.

Sözügedən psixoloq xanımın kimliyi ilə bağlı qısa bir araşdırma apardıq.

Məlum oldu ki, İnstaqramda "Azerina" adlı səhifə ilə məşhurlaşan və özünü "yaşam kouçu" (life coach) kimi təqdim edən Əfsanə Qasımlı ilə bağlı əvvəllər də xəbərlər yayılıb. Xəbərlərdə Əfsanə Qasımlının fırıldaqçı olduğu, özünü astroloq kimi tanıtdığı, adi, ucuz pul kisələrini "dua oxumuşam, çoxlu pul qazanacaqsınız" şüarı ilə 400-500 AZN-ə satdığı bildirilib.

Son dövrlərdə aktual olan "yaşam kouçluğu" nədir, elmi əsası varmı? Bu işlə məşğul olan şəxslər hansı sahənin diplomunu alırlar? Təşkil etdikləri seanslar pul qazanmaq üçün baş vurulan fırıldaqçılıqdır, yoxsa, həqiqətən, insanları travmalarından azad edirlər?


Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Aytən Ələkbərova bildirdi ki, yaşam kouçları mütəxəssis olmalıdır:


"Yaşam kouçu insanların şəxsi və peşəkar həyatlarında daha uğurlu, balanslı və məqsədyönlü olmalarına kömək edən mütəxəssisdir. Yaşam kouçları müştərilərinin özlərini daha yaxşı başa düşmələrinə, hədəflərini müəyyən etmələrinə, qarşılarına çıxan maneələri aşmalarına və daha yaxşı qərarlar vermələrinə dəstək olurlar.Yaşam kouçu pasiyentinin şəxsi və peşəkar hədəflərini müəyyənləşdirməli, ona stress və emosional çətinliklərlə başa çıxmağa kömək etməlidir.  Bu yaxınlarda mən də özünü yaşam kouçu kimi təqdim edən biri ilə tanış oldum. O, mənim psixoloq olduğumu bilmirdi. Onunla bir qədər söhbət etdikdən sonra məlum oldu ki, onun ruhsal dünyası ilə özü arasında müəyyən çatışmazlıq mövcuddur. Onun yanına inancla gedən insanlar da var. Özünü yaşam kouçu kimi təqdim edənlərin yanına gedən insanların psixoloji vəziyyətində müəyyən problemlər yaranır".


Psixoloq Fidan Nizamova da qeyd etdi ki, bəzi yaşam kouçları psixologiya və ya sosial elmlər üzrə ali təhsil alır:


"Yaşam kouçluğu sahəsində təlim kursları keçmək olduqca vacibdir. Dünyada məşhur olan International Coach Federation (ICF) kimi təşkilatların sertifikatlaşdırdığı kurslar bu sahədəki təcrübəni artırmağa kömək edir. Yaşam kouçu olmaq istəyənlər xüsusi təlim kurslarından keçərək sertifikat almalıdırlar. Məsələn, ICF və ya European Mentoring and Coaching Council (EMCC) kimi təşkilatlar dünyada tanınmış sertifikatlaşdırma proqramları təqdim edirlər".


Özünü yaşam kouçu kimi təqdim edib insanların pullarını mənimsəyən fırıldaqçılara qarşı hüquqi müstəvidə hansı tədbirlər görülə bilər?


Hüquqşünas Ramil Süleymanov bildirdi ki, belə hallar şəxslərin etibarından sui-istifadə kimi qiymətləndirilir və Cinayət Məcəlləsi çərçivəsində müəyyən sanksiyalar nəzərdə tutulur:


"Bu cür fırıldaqçılıq halları əslində insanların inamını qazanmaq və onlardan maliyyə mənfəəti əldə etmək məqsədilə həyata keçirilir. Belə insanlar özlərini çox ağıllı hesab edirlər, çünki bəzən 500 manatdan aşağı olan dələduzluq şikayətləri qanunvericilikdə sanksiya tətbiq edilməyən əməllər hesab olunur.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi bu növ əməliyyatları nəzərdə tutur. Bu maddədə göstərilir ki, şəxslərin etibarından sui-istifadə, aldatma və onların əmlakını ələ keçirmək cinayət sayılır. Cinayət işlərinə əsaslanan bu əməl, bir çox insanı zərərli vəziyyətə salır və cəmiyyətin etibarını təhdid edir. Hər hansı bir şikayət edildikdə, müvafiq orqanlar tərəfindən araşdırma aparılacaq və zərərçəkən şəxslər müvafiq cəza tədbirləri ilə mühafizə olunacaq".

Yaşam kouçlarının sertifikasiya məsələsi ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq.


Sorğumuza cavab olaraq bildirildi ki, praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər sertifikasiyadan keçirilir.


Ülkər Abdurahmanlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 Fevral 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri