Icma.az
close
up
RU
Bakıda “Şəfalanma” adı ilə yüzlərlə qadını bir araya toplayan şəxs görün kim imiş VİDEO

Bakıda “Şəfalanma” adı ilə yüzlərlə qadını bir araya toplayan şəxs görün kim imiş VİDEO

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda özünü psixoloq kimi təqdim edən Əfsanə Qasımlı adlı şəxs “şəfalanma” adlı seans keçirib.

Seans zamanı qonaqlar xəstələr üçün nəzərdə tutulmuş paltar geyiniblər. Onlardan bəziləri əsə-əsə, bəziləri isə yerə yıxılaraq ağlayıb. İddia edilir ki, bu yolla bütün acılar ortaya çıxır və travmalarını xatırlayaraq şəfa tapırlar.

Yenisabah.az psixoloq və spiritual təlimçi kimi fəaliyyət göstərən qadınla bağlı araşdırma edib.

Əfsanə Qasımlı bir müddət öncə “Azerina” adı ilə məşhurlaşıb. Onun haqqında dələduzluq ittihamları yayılıb. Belə ki, instaqramda “life coach” kimi fəaliyyət göstərən Azerina adlı xanımın insanları aldadaraq pullarını mənimsədiyi iddia edilib və feysbukda"Şəbəkə" səhifəsi dələduzluqda ittiham olunan Azerinanı ifşa edib.

"Şəbəkə"nin yazdığı mətndə deyilir:

"Bu gənc qadın deyilənə görə, fırıldaqçılıqla məşğuldur. İnstaqramda Azerina adı ilə tanınır. Adi, ucuz pul kisələrini "dua oxumuşam, çoxlu pul qazanacaqsınız" adı ilə 400-500 AZN-ə satır. Sonra da camaatı inandırmaq üçün fake profillər açıb (və ya açdırıb) özünə təriflər yazdırır. Adamın 400 mindən çox izləyicisi var. Müraciətlərə meneceri cavab verir. Özünü uzman astroloq kimi təqdim edir. Şüarı da belədir: "xəyallarınızı reallarınız edirəm". Deyilənə görə, bu qadının toruna düşmüş xeyli zərərçəkən var. Paylaşırıq ki, xəbəriniz olsun", - səhifə izləyicilərini aldanmamağa çağırıb.

Xatırladaq ki, Azerinanın dələduzluğu haqqında ilk dəfə bloger Aynur Qurbanqızı məlumat yayıb. O bildirib ki, Azerina insanları ağlasığmaz yalanlarla aldadır:

“Araşdırdım məlum oldu ki, hamısı pulla tutulmuş profillərdir. Bunu tək mən yox, siz özünüz də baxsanız görərsiz ki, eyni mesajlar kopyalanıb “spam” kimi bütün statuslara atılır və eyni profillər tərəfindən edilir. Sonra onunla işləyən adamın yaxını ilə danışdım, deyir bu saxta reklam mesajlar üçün xüsusi şirkətə pul ödəyir və status paylaşılanda hamısı spam kimi bu tip şərhlər atmağa başlayır. Və bizim kimi sadə adam da baxır şərhə ki, bu qədər adam yazıbsa, yəqin düz olar. Seansına gedib 300-500 azn ödəyir. Marafonların eynisi başqa adamlarda 15-20 AZN-dir, amma reklam şərhlər və pul qarşılığı bloger reklamlarından sonra adını məşhurlaşdıran bu 150- 200 AZN qoyur. Təsəvvür edin də, 50-100 təsirə düşmüş adam qatılanda (və qatılırlar da) nə qədər pul edir. 1 həftəyə 10-20 min AZN. Əlbəttə, sizin bu pulla daha çox gəlir əldə etmək üçün məşhur blogerlərə pul ödəyib reklam da etmək olar, hələ pulla şərh yazanları tutmaq da. Mənə gələn məktubların birində deyilir ki, Azerina maşın yanında durmuş qız paylaşıb və yazıb ki, bəs mənim pul marafonumdan sonra bu qoşulan xanım 3 günə bahalı maşına sahib oldu. Məktubda bildirilir ki, əslində maşın onun qardaşına məxsusdur, sevgilisi yanında şəkil çəkdirib və bu da hansısa məvacib qarşılığında başlayıb. Yəni belə oyunlar qurulur. Əlbəttə həftəyə 20 min azn qazanan üçün pulla adam tutmaq çətin deyil”.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Fevral 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri