Icma.az
close
up
RU
Səfər Qaraqoyunlu: Biz əcdadlarımızın Qərbi Azərbaycandakı məzarlarını ziyarət edəcəyimiz günü gözləyirik

Səfər Qaraqoyunlu: Biz əcdadlarımızın Qərbi Azərbaycandakı məzarlarını ziyarət edəcəyimiz günü gözləyirik

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Azərbaycanlılar tarixin müxtəlif dövrlərində torpaqlarının parçalanaraq başqalarına verilməsi, bu ərazilərdə yeni dövlətlərin qurulması və bununla da kütləvi repressiyalar, sürgünlər, soyqırımları ilə qarşılaşıblar. Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, milli bayramlarımızın ağrılı xatirəyə döndüyü torpaqlarımızın bir hissəsi də İrəvan, Göyçə, Zəngəzur, Ağbabadır. Bu, tarixi torpaqlarımızda soydaşlarımıza qarşı həyata keçirilmiş bütün bəşəri cinayətlərin vaxtilə Qafqaza köç etmiş ermənilərin əli ilə törədildiyi də hər birimizə məlumdur. Onlar tarix boyu müxtəlif formalarda Cənubi Qafqaz uğrunda mübarizə aparan imperiyalara yaranmaqla bölgədəki geosiyasi vəziyyəti özlərinə fürsət bilərək bu torpaqlarda saylarının artmasına nail olublar. Elə bunun nəticəsidir ki, çar Rusiyası süquta uğradıqdan sonra tarixi Qərbi Azərbaycan ərazisində qondarma Ermənistan dövləti yaradıldı. O dövrdə Cənubi Qafqazda yaranan siyasi vəziyyət və bölgədə sülhə nail olmaq üçün Azərbaycan Xalq Cümhuriyyəti qurucularının İrəvanı ermənilərə güzəştə getməsi təhlükəli presedent yaratdı. Sonrakı mərhələlərdə bu güzəşt amili öz mənfi təsirini göstərərək, bu azmış kimi, ermənilərdə Qarabağ və Zəngəzur bölgələrini ələ keçirmək həvəsini oyatdı. Elə bu həvəs də xalqımızı illər boyu misli görülməmiş işgəncələrlə qarşı-qarşıya qoydu.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində əslən Göyçə mahalının Qaraqoyunlu dərəsindən olan, İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin sədri Səfər Qaraqoyunlu bildirib.

“Qərbi Azərbaycan bizim tarixi və əzəli torpağımızdır. Burada yaşayan azərbaycanlılar tarixin müxtəlif dövrlərində etnik təmizləmələrə məruz qalıb, öz doğma torpaqlarından didərgin düşməyə məcbur ediliblər. 1990-cı illərdə aparılmış son etnik təmizləmə zamanı ermənilər düşünülmüş şəkildə 300 minə yaxın azərbaycanlını min cür işgəncə ilə öz doğma yurd-yuvasından deportasiya ediblər və bununla da Ermənistanı monoetnik ölkəyə çeviriblər. Onlar azərbaycanlılara məxsus yaşayış məntəqələrini qarət edib, dağıdıb, viran qoyublar. Hazırda həmin torpaqların əksəriyyətində yaşayış yoxdur və oralar xarabalığa çevrilib. Elə bunun özü Qarabağdakı kimi, Qərbi Azərbaycanın da əsl sahiblərinin kimlərin olduğunu göstərir. O yerlər əzəli sakinlərinin yolunu gözləyir. Qərbi azərbaycanlılar öz doğma diyarını heç vaxt unutmayıb, unutmayacaq da. Bu insanlar geriyə, öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayır, ora qayıdacaqları günü səbirsizliklə gözləyirlər”, - deyə Səfər Qaraqoyunlu bildirib.

Qərbi Azərbaycan məsələsinin bu gün dünyanın üzləşdiyi ədalətsizliklərdən biri olduğunu qeyd edən müsahibimiz sözlərinə belə davam edib: “Təəssüf ki, XX əsr boyu Qərbi azərbaycanlıların öz torpaqlarından deportasiyası beynəlxalq aləmin gözü qarşısında baş verib. Bütün bu müddət ərzində Azərbaycan əleyhinə informasiya terroru aparanlar Qarabağda və Qərbi Azərbaycanda soydaşlarımızın yaşadığı faciələri görməzdən gəliblər. Lakin Azərbaycan uzun illər davam edən və heç bir bəhrəsini görmədiyimiz danışıqlardan sonra şanlı Zəfərə imza ataraq Vətən müharibəsi ilə ədaləti bərpa etdi. Bu gün bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Prezident İlham Əliyevin başlatdığı Böyük Qayıdış Proqramı isə Qərbi azərbaycanlılar üçün ən parlaq ümid işığı oldu”.

O bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qarabağda və Ermənistan ərazisində tarixi Azərbaycan toponimlərinin əsl adlarının göstərildiyi xəritələrin hazırlanması, yeni dərsliklərin tərtib olunması, real tarixi faktların gənc nəslə ötürülməsi, beynəlxalq müstəvidə təbliğatın gücləndirilməsi bu fəaliyyətin əsas istiqamətləridir: “2022-ci ilin sonunda Qərbi Azərbaycan İcmasının binasının açılışı oldu. Bunun özü böyük siyasi, tarixi və rəmzi məna daşıyır. Bu binanın əvvəllər Qarabağın Azərbaycanlı İcmasına məxsus olması isə xüsusi əhəmiyyətə malikdir. Bütün bu hadisələr Qərbi azərbaycanlılarda böyük ümidlər yaradır. O torpaqlarda bizim babalarımızın məzarları var. Bütün dünyada yaşayan hər bir Qərbi azərbaycanlı hər zaman öz tarixi torpaqlarının, doğma yurdlarının həsrətini çəkib. Biz heç vaxt ümidimizi itirməmişik, hər zaman o torpaqlara qayıdacağımız günü gözləmişik.

“Biz öz torpaqlarımıza qayıdacağıq. Hər şeyin öz vaxtı var. Biz də öz əcdadlarımızın məzarlarını ziyarət edəcəyimiz vaxtı gözləyirik və o günün uzaq olmadığına inanırıq”, - deyə Səfər Qaraqoyunlu bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Aprel 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see192

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see179

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see166

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see160

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see159

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see154

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see147

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see146

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see142

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see132

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri