Şəffaf bulyonun sirri: Bişirərkən bu məhsulu əlavə edin
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bulyon hazırlayarkən ən çox rast gəlinən problemlərdən biri onun bulanıq və boz rəngdə alınmasıdır. Lakin təcrübəli aşpazların istifadə etdiyi sadə üsulla bulyonu daha şəffaf və dadlı etmək mümkündür.
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, bunun üçün bulyon bişirməyə başladıqda qazana az miqdarda sirkə əlavə etmək tövsiyə olunur.
Mütəxəssislərin izahına görə, sirkənin tərkibindəki turşu ətin tərkibində olan zülalların daha iri hissəciklər şəklində toplanmasına kömək edir. Beləliklə, yaranan köpüyü kəfkirlə daha asan yığmaq mümkün olur və bulyon daha şəffaf qalır.
Turşu həmçinin sümüklər və qığırdaqlardakı kollagenin jelatinə çevrilməsinə, bəzi mineralların isə bulyona daha yaxşı keçməsinə kömək edə bilər. Bu da yeməyin dadına müsbət təsir göstərir.
Şəffaf toyuq bulyonu üçün resept
Ərzaqlar:
* 1 litr su;
* 500 qram toyuq budu;
* 1 xörək qaşığı alma və ya üzüm sirkəsi;
* 1 ədəd soğan;
* 3 ədəd kök;
* 2 saplaq cəfəri;
* yarım kərəviz;
* 1 ədəd pırasa;
* 3 dəfnə yarpağı;
* 5 ədəd ətirli istiot;
* 10 ədəd qara istiot dənəsi;
* duz.
Əvvəlcə toyuq əti yuyularaq qazana qoyulur və üzərini 3-4 santimetr keçəcək qədər soyuq su əlavə edilir. Ardınca bir xörək qaşığı sirkə tökülür və qazan ocağa qoyulur.
Su qaynamağa başladıqda yaranan köpük kəfkirlə yığılır. Daha sonra dəfnə yarpağı və istiotlar əlavə edilir, bulyon zəif odda təxminən 1,5 saat bişirilir.
Sonra təmizlənmiş tərəvəzlər qazana əlavə olunur və daha 1,5-2 saat bişirilir. Bulyona duzun isə sonda əlavə edilməsi məsləhətdir. Bişdikdən sonra qapağı örtülür və ocaqdan götürülərək bir müddət dəmlənməyə buraxılır.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Kotleti bişirərkən dağılmaması üçün bu 5 qidanı ƏLAVƏ EDİN
23 Aprel 2025 19:50
Dolma bişirərkən suyuna nə əlavə edilməlidir?
20 Mart 2026 06:53
Plov bişirərkən 1 qaşıq əlavə edin: dən dən qalacaq
05 Avqust 2026 01:02
Yumurta bişirərkən suya niyə duz əlavə edilir?
01 İyun 2026 13:38
Kotlet bişirərkən duzu nə vaxt əlavə etmək lazımdır?
13 Sentyabr 2026 09:03
Baxış sayı:105
Bu xəbər 21 Sentyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları