Icma.az
close
up
RU
“Şəfiqə Məmmədova ilə aramı vurmaq üçün dedilər ki, sənin haqqında deyib ki...” FOTO+ÖZƏL

“Şəfiqə Məmmədova ilə aramı vurmaq üçün dedilər ki, sənin haqqında deyib ki...” FOTO+ÖZƏL

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

““Qız  atası” serialının yayımı 12 il sonra dayandırıldı. Sonuncu 439-cu seriya efirə getdi. Tamaşaçılar sevirdilər, izləyirdilər. Mən 1 il fasilə etdim, əməliyyata getdim. Qayıtdım, 3-4 seriyaya çəkildim və serial bağlandı. “Santa barbara” serialı da uzun illər davam etdi. Amma o insanları bezdirirdi, bu bezdirmir. Camaat mənfi şeylərdən bezib, hər kəs komediya istəyir. Tamaşaçının o qədər problemi var ki, o artıq bezib. Evdə problem, çöldə problem və gəlib efirdə problemə baxmaq istəmir. İstəyir ki, könlünü şad edən nələrəsə baxsın, izləsin. Hamı canının rahatlığını istəyir”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Hicran Nəsirova deyib.

O daha sonra əlavə edib:

“O qədər boş-boş seriallar çəkilir ki... Nə baxıram, nə də bəyənirəm. Ötən ilin yay ayında bir neçə seriala dəvət gəldi, amma səhhətimlə bağlı qəbul etmədim. Heç kimi yarıyolda qoymaq istəmirəm. Canıma arxayın deyiləm. Bir də görürsən heç nə etmək istəmirəm. Ürəyim istəyir çəkilim, işləyim amma hər şey məndən asılı deyil”.

Əməkdar artist bildirib ki, Şəfiqə Məmmədovanın adından ona yalan sözlər deyilib:

“Şəfiqə xanım məni imtahanda görmüşdü. Heç tanımırdı da. Mən də o vaxt aktrisa olmaq üçün imtahan verirdim. Adil İsgəndərov məni seçmişdi. Demişdilər ki, Şəfiqə xanım səni imtahandan kəsmək istəyib. Guya məni bəyənməyib. Bəlkə də o sözdən heç Şəfiqə xanımın xəbəri yox idi. Mənim də elə bir xasiyyətim yoxdur ki, gedib deyim niyə demisən? Bu söhbəti uzun illər sonra dedilər. Artıq mən də tanınmış aktrisa idim. Bəlkə də ara vurmaq üçün demişdilər. Mən hər zaman söz-söhbətlərdən qaçmışam. Şəfiqə xanım indi də məni çox istəyir, görüşürük, hər dəfə də kompliment deyir”, - deyə sənətkar bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Dekabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri