Icma.az
close
up
RU
Nazirlikdə Şəfiqə Məmmədova ilə görüş olub Fotolar

Nazirlikdə Şəfiqə Məmmədova ilə görüş olub Fotolar

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mədəniyyət Nazirliyində görkəmli teatr və kino aktrisası, Dövlət mükafatı laureatı, Xalq artisti Şəfiqə Məmmədova ilə görüş keçirilib.

Axşam.az xəbər verir ki, sənətkarın 80 illik yubileyi münasibətilə təşkil olunan görüşdə ölkəmizin kino ictimaiyyətinin tanınmış nümayəndələri də iştirak ediblər. 

Kino xadimlərini salamlayan mədəniyyət naziri Adil Kərimli Xalq artisti Şəfiqə Məmmədovanın mədəniyyətimizin inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, sənətkar səhnədə və ekranda həyat verdiyi rəngarəng obrazlarla bir neçə nəsil tamaşaçıların rəğbətini qazanıb. 

Nazir Şəfiqə Məmmədovanın bənzərsiz sənətinin dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirildiyini, onun respublikanın ali təltiflərinə layiq görüldüyünü deyib. Bildirilib ki, Prezident İlham Əliyevin bu ilin 29 mart tarixində imzaladığı Sərəncamla aktrisa “İstiqlal” ordeninə layiq görülüb və dövlət başçısı bu ali təltifi sənətkara şəxsən təqdim edib.

Sənətkara yubileyi ilə əlaqədar təbriklərini çatdıran Adil Kərimli ona nazirliyin Fəxri fərmanını təqdim edib. Şəfiqə Məmmədova yaradıcılığına verilən yüksək dəyərə görə ölkə başçısına minnətdarlığını bildirib.

Kino sahəsinin mədəniyyətin ən vacib istiqamətlərindən biri olduğunu deyən nazir qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən mədəniyyətin bütün sahələrinin, o cümlədən kino sənayesinin inkişafı diqqətdə saxlanılır. Dövlət başçısının 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq olunması, 2022-ci il 20 aprel tarixli Sərəncamı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kino Agentliyinin yaradılması bu sahəyə göstərilən diqqət və qayğının parlaq təzahürüdür. 

Nazir Kino Agentliyinə rəhbər təyinatı barədə məlumat verib, bu vəzifəni Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri işləmiş Rəşad Əzizovun həyata keçirəcəyini bildirib. Diqqətə çatdırılıb ki, R.Əzizov Mədəniyyət Nazirliyi tərəfindən son illərdə həyata keçirilən mədəniyyət və yaradıcı sənayelər üzrə bir sıra layihələrin, eyni zamanda “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı və “Şərq ölkələri kino sənayesi bazarı”nın reallaşdırılmasında yaxından iştirak edib. O, həmçinin Mədəniyyət Nazirliyi tərəfindən təsis olunmuş Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) fəaliyyətinin təşkilində aktiv rol oynayıb.

Adil Kərimli son illər Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə keçirilən film layihələri müsabiqələri, lentə alınan filmlər barədə də söz açıb, kino ictimaiyyətinin nümayəndələrini agentliklə daha sıx əməkdaşlığa dəvət edib. Söhbət zamanı kino sahəsinin mövcud vəziyyəti, həyata keçirilən və nəzərdə tutulan layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://axsam.az
archiveBu xəbər 30 Aprel 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri