Səfir: Almaniya Azərbaycan Ermənistan sülh prosesində fəal iştirak edir
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Aİ və Almaniya son iki ildir ki, Azərbaycan-Ermənistan sülh prosesində fəal iştirak edir”.
APA xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “Alman Birliyi Günü” münasibətilə keçirilən tədbirdəki çıxışında deyib.
“Fürsətdən istifadə edərək, Azərbaycan hökumətini və Azərbaycan xalqını Ermənistanla sülh prosesində əldə edilmiş əlamətdar irəliləyiş münasibatilə təbrik etmək istərdim. Avqust ayında sülh sazişinin paraflanması ilə sülh nəhayət ki, əlçatandır Avropa İttifaqı və Almaniya son iki il ərzində bu prosesdə fəal iştirak edir və biz hər iki tərəf üçün faydalı hesab edilən şəkildə bu prosesi dəstəkləməyi davam etməyə hazırıq”- səfir çıxışında bildirib.
Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərə toxunan Ralf Horlemann qeyd edib ki, son bir ildə ölkələrimiz arasında olan dialoq və əməkdaşlıq yeni səviyyəyə yüksəlib.
“Son bir ildə Almaniya ilə Azərbaycan arasında iqtisadi-ticari və investisiya əlaqələrinin genişləndirilməsinə dair birgə "Yol xəritəsi" sayəsində ölkələrimiz arasında iqtisadi əlaqələr də müsbət inkişaf etmişdir. Bu enerji, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə və bir çox digər sektorlarda daha sıx iqtisadi əməkdaşlıq üçün əsasdır. Azərbaycanda MAN şirkəti tərəfindən elektrik avtobuslarının yığılması zavodunun tikintisi və Almaniyanın SEFE şirkəti ilə SOCAR arasında bu il imzalanmış qaz müqaviləsi növbəti on il ərzində Avropa istehlakçılarına illik 1,5 milyard kubmetr qaz tədarük etmək imkanı verəcək”- Almaniya səfiri qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 03 Oktyabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















