Icma.az
close
up
RU
Səfir: Azərbaycanın müsbət jestlərinə Ermənistanın qarşılıq verməməsi narahatlıq doğurur

Səfir: Azərbaycanın müsbət jestlərinə Ermənistanın qarşılıq verməməsi narahatlıq doğurur

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində müsbət jestlərinə qarşılıq verilməməsi narahatlıq doğurur.

Bu barədə "Report"a müsahibəsində Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin danışıb.

"2020-ci ildə İkinci Qarabağ müharibəsində və 2023-cü ildə antiterror əməliyyatlarında qəti və tam qələbə qazanmasına baxmayaraq, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində müsbət jestlərinə qarşılıq verilməməsi narahatlıq doğurur",-deyə səfir vurğulayıb.

Diplomat qeyd edib ki, Azərbaycanın xarici siyasətinin uğurla həyata keçirilməsi, sülh və inkişafa inamı təkcə regional təhlükəsizlik və sabitlik üçün deyil, həm də regionun sosial-iqtisadi inkişafı üçün həlledici rola malikdir:

"Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına, məcburi köçkünlərin qayıdışına və iqtisadi inkişafa diqqət yetirmək səylərini təqdir edirəm".

Q.Mohiuddin Ermənistanın atdığı addımlar fonunda isə bildirib ki, silahlanma yarışı yerinə, səylər regional rifaha yönəldilməlidir. O əlavə edib ki, Ermənistanın Baş naziri Azərbaycanın hərbi cəhətdən regionun ən güclü dövləti olduğunu nəzərə alaraq müdrik məsləhətləri dinləməlidir:

"Çox təəssüf ki, Ermənistan hökuməti öz xalqına da fayda verəcək belə məsləhətlərə məhəl qoymur. Ermənistan anlamalıdır ki, Azərbaycan silahlanma yarışı istəmir. Azərbaycan vəsaitini Ermənistan işğalı səbəbindən məcburi köçkün düşmüş insanların yurdlarına qayıtmasına yönəltmək istəyir. Ancaq Azərbaycanın həm də özünümüdafiə hüququ var".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://report.az
archiveBu xəbər 05 Fevral 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri