Səfir: “Ermənistan və Rusiya münasibətləri çətin dövrünü yaşayır”
Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Moskvanın Rusiya ilə Ermənistan arasındakı münasibətlərdəki problemləri həll etmək üçün aydın siyasi iradəsi var”
“Moskvanın Rusiya ilə Ermənistan arasındakı münasibətlərdəki problemləri həll etmək üçün aydın siyasi iradəsi var”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanda keçirilən IX Ermənistan-Rusiya səhiyyə forumunda deyib.
“Forum çox vacib bir zamanda keçirilir. Ölkələrimiz və münasibətlərimiz gücünü sınamaq üçün çətin dövr yaşayır. Bu şəraitdə təkcə bizi birləşdirən, mövcud olan münasibətləri qorumaq deyil, həm də qarşılıqlı əlaqəni yeni səviyyəyə qaldırmaq və onu yeni reallıqlara uyğunlaşdırmaq bizim üçün çox vacibdir”, - deyə rusiyalı diplomat bildirib.
Onun sözlərinə görə, ümumi münasibətlər kompleksində səhiyyə sahəsi xüsusi yer tutur: “Onu ümumi məktəb, ümumi peşə zehniyyəti və ümumi problemlər birləşdirir”.
Səfir qeyd edib ki, Ermənistan-Rusiya hökumətlərarası komissiyasının dekabrın 20-də keçiriləcək iclasında səhiyyə sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunacaq və iki ölkənin nazirlikləri arasında bir sıra məsələlər üzrə sazişlər razılaşdırılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 16 Dekabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















