Icma.az
close
up
RU
Səfir: Növbəti 10 il üçün ŞƏT in inkişaf strategiyası hazırlanıb

Səfir: Növbəti 10 il üçün ŞƏT in inkişaf strategiyası hazırlanıb

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bu gün Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üç qitəni - Asiya, Avropa və Afrikanı əhatə edən 27 ölkədən ibarət böyük bir ailəyə çevrilib. Bu ölkələrin ümumi əhalisi planetin təxminən yarısını təşkil edir, iqtisadiyyatı isə dünya iqtisadiyyatının dörddəbirini əhatə edir. ŞƏT əhalinin sayına və coğrafi əhatəsinə görə ən böyük regional təşkilata çevrilib və inkişaf baxımından ən perspektivli təşkilat hesab olunur".

Oxu.Az xəbər verir ki, bu sözləri Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey Prezident İlham Əliyevin Çinə səfərinin nəticələrinə həsr olunan brifinqdə deyib.

O bildirib ki, ŞƏT sammiti Çin tərəfindən qəbul edilən beşinci sammitdir:

"Eyni zamanda, bu günə qədər təşkilatın ən genişmiqyaslı və məhsuldar sammiti olub. ŞƏT üzv dövlətlərinin rəhbərləri Şurasının iclasında Sədr Si Cinpin bir sıra vacib təkliflər irəli sürdü: fərqlilikləri qoruyaraq birlik yaratmaq, qarşılıqlı fayda və ortaq qazancla hərəkət etmək, açıqlıq və inklüzivliyə sadiq qalmaq, bərabərlik və ədalət prinsiplərinə riayət etmək, praqmatik və effektiv yanaşmanı tətbiq etmək. O, həmçinin "ŞƏT Plus" görüşündə Qlobal İdarəçilik təşəbbüsünü təqdim etdi və bütün tərəfləri daha ədalətli və rasional qlobal idarəçilik sistemi yaratmağa və bəşəriyyətin ortaq taleyi yolunda əl-ələ irəliləməyə çağırdı. Bu, sammitin ən diqqətçəkən hadisəsi oldu".

"Sammitdə səkkiz əsas nailiyyət əldə edildi.

Birincisi, növbəti 10 il üçün ŞƏT-in inkişaf strategiyası hazırlanıb. Bu proqram sənədi gələcək onillikdə ŞƏT-in inkişaf istiqamətini müəyyən edir. Strategiya göstərir ki, üzv dövlətlər "Şanxay ruhu"na sadiq qalaraq qarşılıqlı əməkdaşlıq və inkişaf prinsiplərinə əməl edəcək və çoxqütblü dünyanın qurulmasına daha böyük töhfə verəcəklər.

İkincisi, İkinci Dünya müharibəsində Qələbənin nəticələrinin müdafiəsində ədalətli mövqe ifadə olunub.

Üçüncüsü, çoxtərəfli ticarət sistemini dəstəkləyən ədalətli mövqe ifadə olunub.

Dördüncüsü, təhlükəsizlik mərkəzləri yaradılıb. Üzv dövlətlərin liderləri razılaşmalar imzalayıb və ŞƏT-in Təhlükə və Çağırışlara Qarşı Birgə Mərkəzi, onun Kibertəhlükəsizlik Mərkəzi, Transmilli Təşkilatlanmış Cinayətkarlığa Qarşı Mərkəz və Narkotiklə Mübarizə Mərkəzinin yaradıldığını elan ediblər. Bu qərarlar üzv dövlətlərin yeni təhdid və çağırışlara cavab vermək qabiliyyətini artıracaq, bölgədə sülh və sabitliyi daha effektiv təmin edəcək.

Beşincisi, ŞƏT İnkişaf Bankının yaradılması barədə siyasi qərar qəbul edilib. Çin 10 ildən çox əvvəl İnkişaf Bankının yaradılması təşəbbüsünü irəli sürmüşdü. ŞƏT bu prosesi başlayacaq və Avrasiya regionunda çoxtərəfli əməkdaşlıq üçün yeni platforma yaranacaq, bu da infrastruktur quruculuğu və üzv dövlətlərin sosial-iqtisadi inkişafına töhfə verəcək.

Altıncısı, praktik əməkdaşlıq üçün 6 platforma yaradılıb. Sədr Si Cinpin Çin tərəfinin enerji, yaşıl sənaye və rəqəmsal iqtisadiyyat sahələrində üç əməkdaşlıq platforması, eləcə də elmi-texniki innovasiyalar, ali təhsil və peşə-ixtisas təhsili üzrə üç mərkəz yaradacağını açıqladı. Bu platformalar və mərkəzlər ŞƏT üçün yeni imkanlar yaradacaq, bütün üzv dövlətlər, o cümlədən Azərbaycan üçün açıq olacaq və regionun davamlı inkişafına yeni təkan verəcək.

Yeddincisi, yüksəkkeyfiyyətli inkişaf üçün 6 fəaliyyət planı hazırlanıb. Sammitdə davamlı enerji inkişafı, yaşıl sənaye, rəqəmsal iqtisadiyyat, süni intellekt və elmi-texniki innovasiyalar sahəsində əməkdaşlıqla bağlı 5 bəyanat dərc olunub.

Səkkizincisi, ŞƏT islahlarında yeni irəliləyiş əldə olunub. Sammitdə müşahidəçi və dialoq tərəfdaşlarının statuslarının birləşdirilərək "ŞƏT tərəfdaşı" statusu verilməsi qərara alınıb. Bu, ŞƏT-in əməliyyat mexanizminin təkmilləşdirilməsi və gücləndirilməsi üçün mühüm addımdır, təşkilatın strukturunu optimallaşdıracaq, əməkdaşlığı daha sıx edəcək və fəaliyyətini daha effektiv edəcək, "böyük ŞƏT ailəsi" mənsubiyyət hissini gücləndirəcək", - deyə səfir vurğulayıb.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Sentyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri