Səfir Rəşad Məmmədov Qazaxıstan səfirliyini ziyarət edib
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Qazaxıstanın Özbəkistandakı səfirliyini ziyarət edib.
Newscenter.az xəbər verir ki, səfir Rəşad Məmmədov Qazaxıstanın Manqistau vilayətində, Xəzər dənizi sahilində keçirilən hərbi təlimlər zamanı baş vermiş faciə ilə əlaqədar Qazaxıstan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinə başsağlığı verib. Rəşad Məmmədov səfirlikdə qoyulmuş xatirə kitabına məlum hadisə ilə bağlı ifadələrini yazıb.
Səfir, "Həlak olan hərbi qulluqçuların ailələrinə və yaxınlarına, qardaş Qazaxıstan xalqına və dövlətinə dərin hüznlə başsağlığı verirəm. Bu ağır gündə qardaş Qazaxıstan xalqının kədərini bölüşür, həlak olanlara Allahdan rəhmət diləyirəm",-deyə vurğulayıb.
Qeyd edək ki, Qazaxıstanın Manqistau vilayətində, Xəzər dənizi sahilində keçirilən hərbi təlimlər zamanı baş vermiş faciədə 9 hərbiçi həlak olub.
Süleyman
Bu mövzuda digər xəbərlər:Səfir Rəşad Məmmədov azərbaycanlı tələbələrlə görüşəcək
05 Noyabr 2026 11:12
Özbəkistana səfir təyin edilən Rəşad Məmmədov kimdir?
24 İyul 2026 14:13
Rəşad Məmmədov həmin hərbçinin ailəsini ziyarət etdi FOTOLAR
14 Yanvar 2026 20:46
Səfir Rəşad Məmmədov Şimali Kiprdən olan iş adamları ilə görüşüb
11 Fevral 2026 19:26
Səfir Rəşad Məmmədov Özbəkistan Milli Pedaqoji Universitetinin rektoru ilə görüşüb
13 Avqust 2026 15:06
Baxış sayı:107
Bu xəbər 25 Sentyabr 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















